Zeynal Nağdəliyevlə 233 saylı məktəb direktorunu nə bağlayır?
Bakı şəhəri Qaradağ rayonu Lök-Batan qəsəbəsində yerləşən C.Niftəliyev adına 233 saylı orta məktəb məktəb haqqında redaksiyamıza demək olar ki, hər gün şikayət xarakterli elektorn və yazılı ərizələr, telefon zəngləri daxil olur.
"Xeberinfo.com": Şikayət ərizələrindən birində göstərilən iddiaları araşdırmaq qərarına gəldik və qarşı tərəfin mövqeyini öyrənmək üçün həmin məktəbin dikrektoru Şirəli Ağəli oğlu Əhədovla əlaqə saxladıq. Heç şübhəsiz ki, vəzifəsindən asılı olmayaraq söhbət müəllimdən gedirsə, bacardığımız qədər daha etikalı, mədəni danışmağa çalışdıq. Güman etdik ki, məktəb direktoru Ş.Əhədovun öz ünvanına səsləndirilən ittihamlara səbrlə cavab verəcək və əsl ziyalılıq nüyamiş etdirəcək. Ancaq belə olmadı. Biz peşə fəaliyyətimiiz yetirnə yetiririk, təbii ki, bu fəaliyyət, peşə Ş.Əhədovun təhqir edəcəyi qədər önəmsiz bir şey deyil. Öncə şikayət ərizəsindən çıxarışa diqqət edək: “Şirəli müəllim 2007-ci ildən məktəbdə direktor işləyir, amma özünü müəllim kimi yox məmur kimi aparır. Çünki əvəllər icra başçısı işləyib. Lakin bu bizi maraqlandırmır. Bizim ziyan gördüyümüz, uşaqlarımızı bədbəxt edəcək Şirəli müəllim məktəbdə analoqsuz işlərlə məşğul olmasıdır. Azərbaycanda dövlət səviyyəsində rüşvətə qarşı mübarizə aparılır. Ancaq biz hələ də Şirəli kimilərin “50 manat ver” tələbinini qarşısında aciz qalmışıq. O, dərs yükünü bölünməsinə birbaşa müdaxilə edir, fənn birləşmələri komissiyasına məhəl qoymur, hətta komissya üzvlərini müzakirəyə də çağırmır. Dərs yükünü öz otağında həll edir, kimə nə qədər dərs istəyirsə özü verir. Onun bu addımı məktəbdə müəllimlər arasında əlbəyaxa dava-dalaşlara gətirib çıxarır. Təcrübəli, peşəkar müəllimlərə çox cüzu dərs verilir, lakin Şirəli Əhədovun öz “kadrları” daha çox dərsə sahib olur”.
Ş.Əhədovun məktəblər arasında “perevod”larla (köçürmələrlə) məşğul olması haqqında da yazılan şok faktlar insanı dəhşətə gətirir: “Şirəli müəllim Lök-Batanda digər məkətbələrdən özünə əlaltı müəllimlər gətirir, müəyyən pul daxilində müəllimləri perevod edir, özünə əlaltılat gətirir. Demək olar ki, məktəbdə dərslər keçirilmir. Çünki hər kəs repetitor yanına gedir. Şirəli müəllim məktəb otaqlarını müəllimlərə "arenda"ya verib, müəllimlər orada şagird hazırlaşdıraraq Şirəli müəllimə aylıq "arenda" pulu ödəyirlər. Müəllimlərdən dərs tələb edə bilmirik. Deyirlər ki, hazırlığımız var, onlar dərs vaxtı öz dəsrlərinə girmirlər, əksinə o biri otaqlarda ödənişli repetitorluq edirlər. Təbii ki, bu şəraiti birbaşa yaradan Şirəli müəllimdir”.
Məktubda qeyd olunur ki, kollektiv arasında dəfələrlə dava düşüb: “Çünki bir neçə nəfər Şirəli müəllimin xüsusi “hörmətini” qazanmaq üçün ona casusluq edir, əvəzində isə böyük dərs yükü alır. Yerdə qalan müəllimlər isə heç bir şey edə bilmirlər”.
Məktubun daha dəhşətli faktlar da var ki, növbəti dəfə açıqlayacağıq. Lakin çox mühüm bir məsələyə aydınlıq gətirmək istəyirik. Araşdırma apardıq ki. Bu həqiqətənmi belədir? Həqiqətənmi Şirəli əhədov məktəbi “cibli” məmur düşüncəi ilə idarə edir? Sualımızdan yayınan Şirəli Əhədovun bizimlə qeyri-etik danışığı elə sualların bir neçəsinin cavabına aydınlıq gətirmiş oldu. O, təhdid xarakterli sözləri ilə bizim sualarımzdan yayındı və bildirdi ki, “mən yuxarıdan tapşırdacam, nə yazırsınızsa yazın”. Bəs onun üçün yuxarı deyilən hansı postdur və kimi nəzərdə tutur?
Məlum oldu ki, Ş.Əhədov 2000-ci ildə Masallı rayonuna icra başçısı təyin olunubmuş. Bir neçə illik “başçılıq” dövrü ona böyük sərvət qazandırsa da, ancaq nüfuzunu yüksəldə bilməyib. Əhali arasında daim qınağa tuş gələn Ş.Əhədovun “bazar tikintisi” olayı unudulan deyil. Hələ o vaxt Masallı rayonunda bazar tikmək üçün xüsusi göstəriş verilibmiş. Bazar üçün yer ayrılıb, hətta sahibkarların yerləri də müəyyənləşdirilibmiş. Lakin “bazar tikintisi”ndən pul qazanamq eşqi ona baha başa gəlib. Sən demə, o Zeynal Nağdəliyevin xahişini yerə salıbmış. Keçək əsas mətləbə. Şirəli Əhədov icra başçısı olarkən Zeynal Nağdəliyevdən (Z.Nağdəliyev həmin vaxt PA-da şöbə müdiri deyildi) tapşırıq alır, ondan xahiş olunur ki. Yeni tikilinə bazarda əsas yerlərdən biri Z.Nağdəliyevin yaxınına verilsin. Lakin Ş. Əəhədov onun xahişini eşitmir və xüsusi sərəncamla bazardakı həmin əraziyə sənəd verir. Elə bununla da Şirəli Əhədovla Zeynal nağdəliyev arasında müharibə başlayır. Ş.Əhədov öz yaxınlarına verdiyi qonaqlıqların birində “Zeynal günümü qara eləmişdi bazara görə, mən də Abıyevə dedim” deməsi əslində bir çox mətləblərə də aydınlıq gətirir. Deməli, Ş.Əhədov Əhəd Abıyevə arxayın imiş və onun kölgəsində “döyüşürmüş”. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Azerbaycanİnfo.com