Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakı Peşə Məktəbində təqaüd maxinasiyaları - ŞOK İDDİA

 

Məktəbin direktoru Nurəddin Cahangirov şagirdlərin təqaüd kartlarını "müsadirə” edib

 

Xeberinfo.com:  Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda 6 saylı Bakı peşə məktəbində baş verən özbaşınalıqlara dair şagird və valideynlərin, habelə bu təhsil müəssisəsində dərs deyən bir çox müəllimlərin şikayətləri öz əksini tapmaqdadır. Qeyd etmək laımdır ki, aldığımız bu məlumatlar əsasında ötən sayımızda bir neçə tənqidi yazı da dərc olunub. Lakin həmin vaxtdan kifayət qədər müddət keçsə belə, yeni aldığımız açıqlamalarda 6 saylı Bakı peşə məktəbində vəziyyətin qətiyyən düzəlmədiyi vurğulanır. Bildirilir ki, məktəbin direktoru Nurəddin Cahangirov bu gün də bu peşə təhsili müəssisəsinin idarə olunmasında bir çox qanun pozuntularına yol verməkdə, müxtəlif özbaşınalıqlar törətməkdə davam edir. Məhz bu səbəbdən də məktəbdə təhsilin səviyyəsi acınacaqlı bir duruma gətirmişdir. Xatırlatmaq yerinə düşər ki, bir vaxtlar Abşeron rayonu Binə peşə məktəbinə rəhbərlik edən Nurəddin Cahangirov qəsəbə sakinlərinin yaddaşlarında məktəbyanı əraziləri qeyri-qanuni olaraq satması ilə qalmışdı. Bu gün isə o, öz bədxah əməllərini artıq 6 saylı Bakı peşə məktəbinin direktoru vəzifəsində davam etdirir. Redaksiyamıza daxil olan məlumatlarda bu da bildirilir ki, bu məktəbdə təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplansa da, bu yığımlar belə direktorun tələblərini tam ödəyə bilmir. İddialara görə, Nurəddin Cahangirov hətta şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Belə ki, peşə məktəbinin şagirdləri onlara ayrılmış aylıq 30 manat məbləğində təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda, Nurəddin müəllim həmin kartları bütün şagirdlərdən yığaraq, onları özündə saxlayır. Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişdik ki, bu gün respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Qəzetimizin səhifələrində biz dəfələrlə bu problemə toxunaraq, Bakıda fəaliyyət göstərən bir çox peşə lisey və məktəblərində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışıq. Bu xüsusda redaksiyamıza daxil olan şikayət məktublarından isə, belə bir qənaətə də gəlmək olur ki, sözü gedən tədris müəssisəsi faktiki olaraq məktəbin direktoru Nurəddin Cahangirovun şəxsi kommersiya obyekti kimi fəaliyyət göstərir. Həmçinin bir müddət əvvəl aldığımız məlumatlarda xüsusi olaraq belə bir məqam da qeyd olunmuşdu ki, Nurəddin Cahangirovun oğlu da onunla birlikdə 6 saylı Bakı peşə məktəbində işləyir. Görünür təhsil sahəsində korrupsiyanı artıq ailə biznesinə çevirmiş Cahangirovlar bu sahədə uzunmüddətli ənənələrin əsasını qoymaqda israrlıdırlar. Bunu da qeyd etməliyik ki, aldığımız məlumatlarda irəli sürülən ittihamlara münasibətini bildirmək üçün biz dəfələrlə Nurəddin müəllimlə əlaqə saxlamağa cəhd göstərmişik. Lakin məktəb direktoru hər dəfə bir bəhanə ilə dialoqdan boyun qaçırmaqla suallarımızı cavabsız qoyub. Bu isə təbii ki, şikayətlərdə təqdim olunan faktların dürüstlüyünü bir daha təsdiq etmiş olur. Elə buna görə də, 6 saylı Bakı peşə məktəbində yer almış neqativ hallar, burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər instansiyalara ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Nurəddin Cahangirovun rəhbərlik etdiyi peşə məktəbində bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Məhz bu səbəbdən də, məktəbin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa məktəbin direktorunun üzərinə düşür.(Gundelik-Baku.com)

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam