Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

AMERİKA İŞİD DÖYÜŞÇÜLƏRİNƏ SAXTA PASPORT PAYLAYIR –Onları İraq üzərindən naməlum istiqamətə daşıyırlar - Araşdırma  

Yeni Şafak (Türkiyə), 11.03.2019

 

ABŞ İŞİD-lə yeni qəsd hazırlayır. MKİ indiki ana doğru Kürdüstan Fəhlə Partiyasının (PKK) nəzarətindəki düşərgələrdə iki minə yaxın İŞİD-çini dindirib və onlara 140-a yaxın saxta pasport verib.

Yenixeber.org: Terrorçuları yeni ad, sənəd və pasportlarla ABŞ-ın yeni gizli planları çərçivəsində İraq üzərindən bölgədən dasıyırlar.

MKİ Deyr-əz-Zor, Kəsra, əl-Ömər, Buseyrə və Suvar kimi bölgələri hərbi zona elan edib və mülki əhali üçün giriş-çıxışı bağlayıb, Pentaqon qüvvələrinin müdafiə etdiyi rayonlarda özəl seçilən şəxslərin dindirilməsi aparılır. Burada dindirilən döyüşçülərdən bəziləri PKK-nın nəzarət etdiyi Hasəkə, əl-Xol və Rubka düşərgələrinə deyil, yenə də MKİ-nin gizli toplanış  məntəqəsi Əbu-Haşimə çatdırılır.

 

İki min İŞİD-çi dindirilib

 

MKİ-nin qurduğu sorğu məntəqələrinə habelə İsrail, Fransa və Britaniya xüsusi xidmətlərinin təmsilçiləri baş çəkirlər. O biri yandan, yenə də bu düşərgələrdə seçilmiş şəxslər üçün şəxsiyyət vəsiqəsi və pasport hazırlanır, onların İraq üzərindən gedişi təmin olunur.

Aydınlaşdığı kimi, indiki ana doğru iki min İŞİD-çi dindirilib, MKİ onlardan 140-na isə pasport verib. İŞİD terrorçularını Amerikanın yeni gizli planları çərçivəsində İraq üzərindən bölgədən qıraqlara daşıyırlar. ABŞ minlərlə dinc sakinlə isə İŞİD döyüşçüləri kimi davranılmasına göz yumur. Silahı yerə qoyanlardan kimlərisə diri-diri yandırıb, bəzilərini isə məhkəməsiz, istintaqsız edam ediblər.

Aydınlaşıb ki, İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi Amerikanın nəzarəti altında hərəkət edir. Onun ABŞ-ın zirehli avtomobilindəki fotoşəkilləri dərc olunub. Bəhuzədə hücumdan qaçan İŞİD döyüşçüləri də bu şəkilləri təsdiqləyiblər.

 

45 dinc sakin qətlə yetirilib

 

İndiki ana qədər bölgənin qətlə yetirilmiş 45 sakini haqda bəllidir. Bununla yanaşı, ABŞ və PKK döyüşçüləri beş tondan çox qızıl və 25 milyon dollar əldə ediblər. Bu arada İŞİD lideri Əbubəkr əl-Bağdadi ABŞ-ın zirehli avtomobilində həkk olunub.

Yeni Safak”ın Suriya müxalifətinin sıralarındakı qaynaqlardan təqdim etdiyi təsvirdə habelə görünür ki, əl-Bağdadi ABŞ-ın döyüş maşınındadır. Lakin qaynaqlar bu şəklin harada və haçan çəklildiyi haqda hər hansı informasiyanı bölüşməyiblər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam