Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

DSMF sədrindən cari ilin gəlirləri haqda açıqlama

 

“Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin 6 ayında da uğurla davam etdirilib”. 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

DSMF sədri cari ilin yanvar-iyun aylarının cəmi gəlirlərindən danışıb: “Cari ilin yanvar-iyun aylarında Fondun cəmi gəlirlərinin 1466,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 44,8 milyon manat artdıb. “Fondun sosial sığorta gəlirləri 8,0 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır.”

E.Mehdiyev onu da  bildirib ki, Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir.

“Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub.” 

“Cari ilin 6 ayı ərzində DSMF-nin xərcləri 1457,7 milyon manat təşkil edib. Bu vəsaitin 98,2 faizi və ya 1431 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib”.  

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam