Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tufandağa ekspedisiya göndərilib

 

    28 Avqust 2018    Oxunub : 66
Tufandağa ekspedisiya göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib
Yenixeber.org: 3755 m yüksəklikdə aparılan tədqiqatlar nəticəsində buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.



Qeyd edək ki, buzlaqlar şirin su ehtiyatı olmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlərdir. İqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişilməsində çox tez biruzə verir.



Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq kütləsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və çox halda asılı şəkildə dayanır.
2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Bazardüzü, Tufandağ, Şahdağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqi ilə bağlı tədbirlərin görülməsi barədə sərəncam verilib. Bundan sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil olunmağa başlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam