Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Şamaxının başçısından İlham Əliyevə 1-cü rübün qırmızı yalanları-Araşdırma



Şamaxının başçısından İlham Əliyevə 1-cü rübün qırmızı yalanları
Şamaxının icra başçısı Asif Ağayevin prezidentə və rayon ictimaiyyətinə ağ yalanları faş olub


Yenixeber.org: Bu barədə Anaxeber.Az şamaxılı feysbuk istifadəçilərinə istinadla yazıb.
Şamaxı sakinlərindən sosial şəbəkə istifadəçisi olanlar qeyd edirlər ki, icra başçısı A.Ağayev bu ilin ilk rübü ilə bağlı keçirilən iclasda yalan məlumatlar verib.

Həm dövlət başçısını, həm Şamaxı ictimaiyyətini aldatmağa cəhd etmiş A.Ağayevin yalanları elə öz çıxışında ifşa edilib.

Belə ki, icra hakimi rayonda iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd edib, turizmin inkişaf etdirilməsi məqsədilə Şamaxının Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək 22 km-lik yeni avtomobil yolunun tikintisinin davam etdirildiyini diqqətə çatdırıb.

Hərçənd ki, bu işlərin heç birinin Şamaxı RİH-nin fəaliyyətinə aidiyyatı yoxdur. Nə turizm, nə aqrar sektorun inkişafı birbaşa İH-dən asılıdır, nə də bu struktur yol çəkir.

O baxımdan A.Ağayev konkret faktlar göstərmədən belə bu ilin birinci rübündə ayrı-ayrı qurumların gördüyü işi öz adına çıxarıb.
Məsələn, taxılçılıq və turizmin inkişafına dair hansı işlərin həyata keçirildiyini açıqlamayıb və ümumi sözlə üzərindən keçib.
Bu da səbəbsiz deyil. Çünki Şamaxının icra başçısı da, 1-ci müavini Qasım Qasımov da olduqca məşğuldurlar.

Onların başı biznesə, rayonun ən səfalı guşələrində torpaqların varlılara satılmasına, özlərinə villalar tikdirməyə qarışıb.

1-cü rüblə bağlı keçirilən toplantıda icra başçısı növbəti yalanı uydurub.
Onun sözlərinə görə, ötən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyub.

A.Ağayev bildirib ki, rayonda üzüm bağlarının sahəsi 1710 hektara çatdırılıb. Bundan əlavə “Mədrəsə Aqro” MMC tərəfindən 74 hektar sahədə, “Şirvan Şərabları” MMC tərəfindən isə 120 hektar sahədə yeni üzüm bağı salınıb.

Halbuki, adıçəkilən MMC-lərin gördüyü işlərin Şamaxı RİH-nə nə aidiyyatı var, aydın deyil.

Çıxışının sonunda RİH başçısı deyib ki, dövlət başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcək.

Şamaxılı feysbuk istifadəçiləri isə yazırlar ki, başdan-ayağa qırmızı yalanlar danışmış A.Ağayev rayon üçün heç bir iş görmür, aztəminatlı ailələrə kömək etmir, şəhid ailələrini dinləmir, vətəndaşlarla keçirdiyi görüşlər formal olur, kimsə dərd-sərini ona danışa bilmir.

Belə məlum olur ki, icra başçısı bütün qüvvənin səfərbər olunduğunu deməklə, özünə Nağaraxana kəndində, başqa yerlərdə tikdirdiyi villalarda işləyən işçi briqadasını nəzərdə tutub.

Bundan başqa, icra başçısı və müavini Q.Qasımovun Şamaxının Göylər kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsində ciddi yeyintiyə yol verdikləri deyilir.

Bu müqavilənin imzalandığı tədbirdə Şamaxı RİH başçısı, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori iştirak ediblər.

Layihə üzrə müqavilə isə “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev və Səfir Teruyuki Katori tərəfindən imzalanıb.
Layihənin ümumi məbləği 90,118 ABŞ dolları təşkil edib. Bildirilib ki, Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.

Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər.

Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 226 və ümumi dəyəri isə 19,313,834 ABŞ dolları təşkil edir.

İddialara görə, bu layihənin icrası zamanı A.Ağayev və Q.Qasımov tərəfindən maxinasiyalara yol verilib.

Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin sifarişi ilə Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün bina inşa edilib.

36 mənzilli dördmərtəbəli ictimai yaşayış evini 4 ildən artıqdır ki, sahiblərinə vermək istəmirlər. Yaşayış evi şəhərə bitişik olan Şəhriyar qəsəbəsinin ərazisində tikilib.

Lakin nədənsə rayon rəhbərliyi bu mənzillərin onlara verilməsində maraqlı deyil. Bu barədə onların müraciəti də olmuşdu.
Oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub.

Belə ki, rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su mənbəyi (meşə zolağı da daxil olmaqla, qədim qəbiristanlıq, göl və s.) üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilib.
Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.

Əslində Asif Ağayev Şamaxıda daş üstünə daş qoymayıb. Elə o rayona gələndən Şamaxıda daş üstündə daş da qalmayıb. Hamı narazıdır.
İşi gücü isə Bakıdan gələn məmurlara qonaqlıq verməkdir. Rayondan talanan pullar ziyafətlərə və bir də Asif Ağayevin cibinə axır. Amma əvəzində sahibkarlar qan ağlayır.

Amma şəhid ailələrinin təzə evlərinə köçməsinə imkan verilmir. Bu məsələdə nazirliyin də məsuliyyəti az deyil. RİH-nin mövqeyini dərc etməyə hazırıq.

MilliYol.Az 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam