Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Süleyman Mikayılov narazılıq yaradan qardaşını qoruyur -ŞOK İDDİA

Süleyman Mikayılov narazılıq yaradan qardaşını qoruyur... - İDDİA
Qaradağ rayonunda özbaşınalıqlar davam edir.

 

Yenixeber.org:  Təbii ki, bu da yerdə narazılıqlarla müşaiyət olunur. Dia.az xəbər verir ki, Qaradağ rayon İcra Hakimiyyətində qalmaqal baş verib. 

Qalmaqala səbəb isə Qaradağın icra başçısı Süleyman Mikayılovla görüşmək üçün gəlmiş vətəndaşların onunla görüşə buraxılmaması olub. Daha doğrusu, həmin şəxslər icra başçısının qardaşı Bağır Mikayılovdan şikayətçi olduqlarını və Süleyman Mikayılovla görüşərək, problemi çözmək üçün gəldiklərini bildiriblər. Nəticədə, İcra Hakimiyyətinin işçiləri onları görüşə buraxmayıb. Və bu tapşırığın da Mikayılov tərəfindən verildiyi bildirilir. 

Qaradağ sakinlərinin Bağır Mikayılovdan şikayətçi olmalarına səbəb son zamanlar rayon ərazisindəki daş karxanalarına başının qardaşı tərəfindən əlavə haqqın qoyulması olub. Xatırladaq ki, Bağır Mikayılovla bağlı məlumatlar hələ bir neçə il əvvəl də ortaya çıxmışdı. Qaradağın icra başçısının qardaşından şikayətçi olan Bakı şəhər sakini Ramin Aslanov bildirmişdi ki, o da Mikayılovun dələduzluğunun qurbanı olub. 

Onun sözlərinə görə, 2014-cü ildə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi alıb. Həmin ərazidə ev inşa etmək üçün Qaradağ rayon İcra Hakimiyyətindən sərəncam almaq qərarına gəlib. Amma, bu sərəncam ona baha başa gəlib. 

Belə ki, həmin sərəncamı almaq üçün aldadılıb. Ramin Aslanovun bildirdiyinə görə, o, bu barədə tanışı, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılovla danışıb. Bağır Mikayılov ona bu işdə kömək edəcəyinə söz verib və bildirib ki, bunun üçün 10 min manat lazımdı. Ramin Aslanov onunla razılaşıb və bu pulu ona hissə-hissə ödəyəcəyini deyib. 

Şikayətçi deyib ki, Bağır Mikayılov bu adla ondan 2 min 200 manat alıb. Pulu isə ondan ayrı-ayrı ərazidə alıb: “Bağır mənə dedi ki, həmin pulun bir hissəsini ödə, sənə sərəncam alım. Mən də razılaşdım. 2014-cü ilin may ayında Lökbatanda ona 200 manat verdim. Bir neçə gün sonra Bağır mənə zəng vurub yenidən pul istədi. Daha 600 manat Bakının Səbael rayonu ərazisində, “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb ona verdim. Səhəri gün Nərimanov rayonu ərazisində Bağırla yenidən görüşdük və ona 400 manat da verdim. Bir həftə sonra isə Bağır mənə zəng vurub dedi ki, guya 1000 manat da verməliyəm ki, sərəncam verilsin. Bu pulu da tapıb verdim və mənə bildirdi ki, yaxın günlərdə sərəncam hazır olacaq. Ümumilikdə Bağır Mikayılova 2 min 200 manat vermişəm. Amma, ondan sonra nə sərəncam verildi, nə də Bağır Mikayılov pulu qaytardı. Hər dəfə zəng vuranda məni bir bəhanə ilə yola verdi”.

Şikayətçinin iddiasına görə pul atan şəxs sonuncu söhbətində Ramin Aslanovu söyüb təhqir edib və pulu qaytarmayacağını bidirib: “Sonuncu dəfə onunla danışanda dedi ki, kimə istəyirsən de, sənə pul zad qaytarmayacam. Mənim arxamda Süleyman Miklayılov dayanıb, hara şikayət etsən xeyri yoxdur”.

Maraqlı məqamlardan biri də odur ki, qardaşının hərəkətlərindən icra başçısı Süleyman Mikayılovun da xəbəri var. Amma bu məsələdən xəbərdar olduğu halda, heç bir tədbir görməyir. Əksinə, qardaşından şikayətçi olanları qəbul etməməklə yanaşı, İcra Hakimiyyətinin binasından da qovdurur. 

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam