Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısı sahibkarlara "haqq" qoyub?!

 

Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanalarının sahibləri ilə İcra Hakmiyyəti arasında narazılıq yaşanır. 

"Xeberinfo.com": Məlumata görə, icra başçısı böyük biznes sahəsi olan bu karxanaları tam öz nəzarətinə almaq üçün sahibkarlara yenidən əlavə aylıq "haqq" qoyub. Bunu ödəmək istəməyən sahibkarlara isə təzyiqlər edilir. 

Belə ki, həmin karxanalarda tez-tez elektrik enerjisi kəsilir, təhlükəli elektirik xətlərinin açıq havada olması əsas gətirilirərək onların biznesinə əl qoyulur. Həmçinin elektrik enerjisindən istifadə üçün qeyri-leqal yolla böyük məbləğdə pul ödəmələri tələb olunur. Bu tapşırığa əməl edən karxana sahiblərinə isə heç bir problem yaradılmır. Bir sözlə, icra başçısı Süleyman Mikayılov daş karxanalarını monoploiyaya alır. 

Qeyd edək ki, bu proses bir neçə ildir davam edir.

Mənbə bildirir ki, daş karxanalarında doğrudan da təhlükəli durum yaşanır, elektrik xətlərinin açıq havada olması indiyə qədər yüzlərlə fəhlənin həyatına son qoyub. Buna görə isə həmin fəhlələrin ailələrinə heç bir maddi təminat verilməyib. Amma icra başçısının bu addımı fəhlələrin probleminin həllinə deyil, məhz özünün biznes maraqlarına hesablanıb. Onun özünün də Qaradağ rayonunda bir neçə daş karxanasının olduğu iddia olunur. 

Məlumatda vurğulanır ki, Qaradağ rayonunda bir neçə iriranqlı məmurun da daş karxanaları var. Ancaq Mikayılov onların daş karxanalarına heç bir müdaxilə edə bilmir, hətta orada yaşanan problemlərə göz yumur. Həmin karxanalarda isə fəhlələr qul kimi işlədilir, əməkhaqları vaxtlı-vaxtında verilmir. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı hesab olunan Süleyman Mikayılovun iriranqlı məmurların obyektlərinə toxunmamasının səbəbini izah edən mənbə bildirir ki,  bu tapşırıq da məhz FHN şefindən gəlib. 

    Qeyd edək ki, Süleyman Mikayılov Qaradağ rayonunun icra başçısı olmaqla yanaşı, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Bundan öncə o, Yardımlı və Lənkəran rayonlarında da icra başçısı vəzifəsində çalışıb. Onun Qaradağ rayonuna gətirilməsi təşəbbüsünün də K.Heydərovdan gəldiyi bildirilir. 

   Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam