Generalın DTX-ya aparılması Kəmaləddin Heydərovu Dubaydan geri dönməyə vadar edib...-Araşdırma
Dövlət Gömrük Komitəsində (DGK) "dərman mafiyası”na görə vəzifəsindən uzaqlaşdırılan məhşur generallarının hələ də istintaqdan kənar gəzməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə zərurət yaradır.
Yenixeber.org: Dərmanlar ölkəyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevin qeyri-rəsmi izni ilə daxil olub, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev isə onları başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmasını həyata keçirsə də, onlar hələ də azadlıqdadır. Halbuki "dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb.
Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun qərarı var ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etmiş olsun.
Bəzi istisnaları nəzərə almaqla, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni gömrük məntəqələrindən kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır.
S.Abduyevin dərman qaçaqmalçılığından başqa digər qiymətli məhsulların manapoliyasına nəzarət edib. Qaçaq yolu ilə həmin malların ölkəyə gətirilməsi birbaşa onun rəhbərlik etdiyi idarədən başlayıb. Bəs belə olan halda o, məsuliyyətdən bu vaxta kimi necə yayına bilib? Bunun da səbəbi məhşur generalla qohum olmasıdır.
Yadınızdadırsa, Sadiq Abduyevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının doğma xalası oğlu olması barədə xəbərvermişdik. Aprelin 30-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən "dərman mafiyası”na qarşı əməliyyat keçirəndən sonra S.Abduyev istintaqa cəlb olunub, ifadəsi də alınıb. Lakin nazirlə qohumluğu onu istintaqdan xilas edib.
Məlumatlar var ki, S.Abdıyev saxlanılarkən K.Heydərov Dubayda olub. Qohumunun həbsinə görə səfərini yarımçıq başa vuraraq ölkəyə dönüb və S.Abdulovu həbsdən xilas edib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Məsələn onun rəhbərlik etdiyi idarədən heç bir səlahiyyəti olmayan Əlamət Quliyev həbs edilib.
Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, "dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə "dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər.
Adının çəkilməsini istəməyən iş adamı Criminal.az saytına bildirib ki, məlum ''dərman mafiyası'' ifşa olunmamışdan az əvvəl xaricdən ölkəyə gətirdiyi dərmanlar gömrükdə saxlanılıb. Həmin şəxs birbaşa S.Abduyevin qəbulunda olub. General ona bildirib ki, ölkəyə gətirdiyi dərmanlar yerli apteklərdə invoysda göstəriləndən daha baha satılır və buna görə əlavə ödəniş etməlidir. Bu məsələ DGK-nin sabiq sədri Aydın Əliyevə qədər gedib çıxsa da, həmin iş adamı sonda gömrükçülərin tələb etdiyi məbləği verməli olub.
Saytımıza daxil olan məlumatda iddia olunur ki, S.Abdulov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi təyin olunana qədər Saray kəndində yataqxanada yaşayırmış. Hazırda isə onun təkcə Neftçilər prospektindəki mənzilinin qiyməti 4 milon manat dəyərindədir.
Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib. Onun da istintaqdan kənar gəlzməsi K.Heydərova qohumluğu ilə əlaqələndirilir.
S.Abduyevin əməlləri təkcə ''dərman mafiyası''na bağlılığı ilə bitmir. Belə məlumatlar da var ki, S.Abduyev qızıl-briliyant, qiymətli qızıl güllərin gömrükdən qeydiyat aparılmadan qaçaq yolla ölkəyə daxil olmasına şərait yaradıb. Hazırda DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum olduğu kimi, "dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.(criminal.az)