Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İŞDƏN ÇIXARILAN GENERAL "FÖVQƏLNAZİR"İN QOHUMUDUR! –“Müdaxilə etmir”



 Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl “dərman mafiyasına” qarşı keçirdikləri əməliyyatdan dərhal sonra vəzifəsindən uzaqlaşdırılan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğludur. Bu barədə “AzPolitika.info”ya mötəbər mənbə bildirib.
Yenixeber.org: Bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də DGK sədrinin müvafiq əmrinə əsasən,Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Sonuncunun barəsində cinayət işi qaldırıldığı bildirilsə də, S.Abduyevin istintaqa cəlb olunması haqda məlumat verilmir.

Kəmaləddin Heydərovla yaxın qohumluq əlaqəsi olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin vəzifəsindən uzaqlaşdırılması maraqlı hadisədir. Bu fakt bir daha ondan xəbər verir ki, “dərman mafiyası”na qarşı əməliyyat yüksək səviyyədə sanksiyalaşdırılıb və istintaq da kifayət qədər prinsipial mövqe tutub. Bu baxımdan general S.Abduyevin bu işlərdə iştirakının olub-olmadığını da məhz istintaq müəyyən edəcək. Hələ ki, o, yalnız vəzifəsindən azad olunub və ona qarşı hər hansı ittiham irəli sürülməyib. Lakin açıq görünür ki, müəyyən dairələr S.Abduyevin FHN naziri ilə qohumluq əlaqəsinin olması faktından nazirə qarşı istifadə etmək niyyətindədirlər. Artıq belə fikirlər dövriyyəyə buraxılıb ki, “bir generalın yaxın qohumu olan” S.Abduyev istintaqdan yayındırılır. Lakin bizə verilən məlumata görə, K.Heydərov ilk gündən bu məsələyə müdaxilə etməmək yolunu tutub və istintaqın obyektiv aparılmasında maraqlıdır.
Rasim ƏLİYEV

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam