Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Wi-Fi şüası həşəratları öldürür- İDDİA

 Simsiz internetin elektromaqnit şüalarının həşəratları öldürəcək qədər ziyanlı olduğu irəli sürülüb

Yenixeber.org: Mütəxəssislərin araşdırmalarına görə, Wi-Fi şüası nəinki insanlara, eləcə də bəzi quş və həşəratlara ciddi ziyan vura bilir. Nə az, nə çox, düz 97 elmi araşdırma əsasında ekoloqlar Wi-Fi şəbəkəsi siqnallarından ehtimal edilən zərərin qat-qat daha artıq və təhlükəli olduğunu bildiriblər.
Simsiz şəbəkələrin elektromaqnit şüaları quş və həşəratların istiqaməti müəyyənləşdirməsinə və miqrasiya proseslərinə mane olur. Eyni zamanda simsiz internetin siqnalları bitkilərin metabolizminə mənfi təsir göstərərək onların məhv olmasına gətirib çıxarır.
Mütəxəssislər simsiz rabitənin, o cümlədən 5G standartının tətbiqindən ehtiyat etdiklərini deyiblər. Onlar düşünür ki, bu şüalardan müdafiə sistemi hazırlanmazsa, müxtəlif növ ağır nəticələr yarana bilər.
Rəqəmli texnologiyaların hər yerdə tətbiqi təbii davranışı güclü elektromaqnit şüalanmasına görə pozulan növlərin kütləvi məhvinə gətirib çıxaracaq.
Ekoloqların sözlərinə görə, elektromaqnit çirklənməsi ilə mübarizə üçün siyasi tədbirlərin görülməsinə ehtiyac var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam