Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakı nömrəsi Azərbaycanın istənilən bölgəsində işləyəcək

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom”İstehsalat Birliyi innovativ texnologyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilkə imza atıb.

"Xeberinfo.com":  İB-dən "Trend"-ə verilən məlumata görə, daim müştərilərinə keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən “Aztelekom” İB bu siyahıya növbəti xidməti əlavə edib. Onların müştəriləri əhalinin bütün təbəqələrini əhatə etdiyindən, “585”-“Daşınan şəhər telefon xidməti” müştərilərə rahatlıq, operativlik və sevinc gətirəcək: "Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək.

Belə ki, regionlardakı hər bir müştərimiz Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə “şəhər-kənd” arasında rəqəmsal uçurum yox olacaq.

Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə 585 indeksli ilə telefonlara sahib olmaq fürsətindən yararlana bilərsiniz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam