Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Qocalmaya qarşı vasitə tapıldı

Qocalmaya qarşı vasitə tapıldı

 

Massaçusets texnologiya institutunun bioloqları  24 saat ərzində ac qalmanın bağırsağın kök hüceyrələrinin qocalmasını dayandıra bildiyini müəyyən edib

Yenixeber.org:  alimlərin elmi işi "Cell Stem Cell" jurnalında dərc olunub.

Bağırsağın kök hüceyrələri mədə-bağırsaq sistemində müxtəlif faydalı funksiyaları yerinə yetirən hüceyrələrin bərpa olunmasına cavab verir.

Yaş ötdükcə bağırsaqda yeni hüceyrələrin meydana gəlmə prosesi zəifləyir. Bu isə onu müxtəlif infeksiyalara, bədxassəli şişin inkişafına həssas edir.

Tədqiqatda 24 saat ərzində ac saxlanılan siçanlardan istifadə olunub.

Ac saxlandıqdan sonra  gəmiricilərdən kök hüceyrələri götürülüb. Həmin hüceyrələr "in vitro" texnologiyası ilə sınaq şüşəsində yetişdirilib.

Yetişdirilmə zamanı orqanoid yəni əsl orqanın rudimenti meydana gəlib.

Məlum olub ki, hüceyrələr enerji almaq üçün qlükoza əvəzinə yağ turşularının parçalanmasından enerji alır. Bu onların funksionallığını həmçinin toxumaların ümumi regenerativ bacarıqlarını yaxşılaşdırır.

Keçid  yağ turşularının metobolizmində iştirak edən genlərin aktivliyini tənzimləyən PPAR transkripsion faktorların aktivləşməsi yolu ilə həyat keçir.

Habelə PPAR-yolu deaktivləşdirldiyi zaman aclıq yolu ilə belə regenerasiya prosesini bərpa etmək mümkün olmur.

Alimlər kök hüceyrələrinin yağ turşularının parçalanması ilə olan qarşılıqlı əlaqəsini və hüceyrələrin regenerasiyası prosesini daha dərindən təhlil edərək, qocaların ömrünü uzadacaq xüsusi preparat ərsəyə gətirməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam