Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

`Görünməyən epidemiya`:Uşaqlarda KOR OLMA riski

`Görünməyən epidemiya`:

 

 

Hollandiyalı mütəxəssislər qarşıdakı illərdə çox ciddi və geniş yayılan  görmə  problemləri ilə bağlı xəbərdarlıq edilib. Elm adamları buna səbəb kimi uzun müddət tablet, telefon, televiziya ekranına baxılması və kifayət qədər küçədə gün işığında oynamamanı göstəriblər. Mütəxəssislər «görünməyən epidemiya» adlandırdıqları bu problemə qarşı «20-20-2 formulu»nu irəli sürüblər

 

Yenixeber.org: Rotterdam  Erasmus Universiteti Tibb Fakültəsinin üzvü  professor dr.Karoline Klaverə görə gün ərzində telefon, tablet, yaxud da  kitaba yaxından baxan uşaqların təbii göz quruluşu xarab olur. Normalda dairəvi olan göz bəbəkləri, oval şəklə çevrilir. Nəticədə gözün arxasında olan və işığı tutan  hüceyrələr xəsarət alır. Hollandiyalı alimlər bunun qarşısı alımaz bir proses olduğunu bildirib.

Bu hüceyrələr itərsə, həmin adam görmə qüsurlu olacaq – oxuya bilməyəcək, üzləri tanımayacaq”

`Görünməyən epidemiya`:

 

Klaver bildirir ki, həssas hüceyrələrin itməsinin müalicəsi yoxdur: «Bu hüceyrələr itərsə, həmin adam görmə qüsurlu olacaq – oxuya bilməyəcək, üzləri tanımayacaq».

Elm adamları göz problemlərinin qarşısını almaq üçün «20-20-2 formulu» tövsiyə edir. Bunun mənası belədir: 20 dəqiqə boyunca kitab, telefon, ya tabletə baxdıqdan sonra 20 saniyə ara verib gözünüzü dincəldin. Gündə ən azı 2 saat çölə çıxın.

 

Klaver bunun hər kəsdə eyni olmadığını, «Obyektiv gücü – 6» olan insanlar arasında  korluq risqinin  daha yüksək olduğunu vurğulayır.

Bundan başqa Göz Fondu müdiri  Edith Mulder hazırda 20 yaşlarında olan gənclərin  yarısının  miyop olduğuna işarə edərək, belə gedərsə problemin daha da böyüyəcəyindən narahatçılığını ifadə edib.

Klaver gün işığının göz sağlığı üçün olduqca önəmli olduğuna işarə edib. Çünki gün işığı sayəsində göz yuvarlaq qalır və vücud hüceyrələrin  xarab olmasının qarşısını alan dopamin maddəsi istehsal edir.

Hollandiyada artıq  uşaqların daha çox küçədə oynaması üçün bir kampaniyaya başlanıb.

Bundan başqa tənəffüslərin artırılması təklifi irəli sürülüb. Klaver məktəb saatlarında uşaqların ən az 1 saat həyətdə  oynamasını tövsiyə edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam