Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fətullah Gülən-Rəsul Quliyev tandeni

 

   

     Azərbaycanda daha hansı vəzifə sahiblərinin adları Fətullah Gülənlə bağlı hallanır.

   Nurçu şəbəkə təhsil müəssisələrini xilas etmək üçün səfərbər olunub

"Xeberinfo.com": Bir neçə gündür yerli saytlarda eks-spiker Rəsul Quliyevin ABŞ-da yaşayan “Hizmət” Hərəkatının lideri Fətullah Gülənlə əlaqəsinin olduğu haqda informasiyalar yayılır. Bu məlumatlarda Rəsul Quliyevin mütəmadi olaraq Pensilvaniya ştatında səfərlərdə olduğu, Fətullah Gülənlə görüşdüyü, məsləhətləşdiyi iddia olunur. Hətta R.Quliyevin adının açıqlanmasını istəməyən keçmiş silahdaşı piblika.az-a bildirib ki, F.Gülənin sabiq spikerin Amerika həyatına da köməkliyi dəyir.

R. Quliyevin bir müddət öncə Azərbaycan mediasında F.Güləni müsəlman dünyasının 5 böyük şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bu informasiyların heç də əsassız olmadığına inam yaradıb. Xatırladaq ki, eks-spiker “camaat” lideri haqda danışarkən, “Fətullah Gülən Türkiyəni işığa, Ərdoğan isə qaranlığa sürükləmək istəyir” – deyə bildirmişdi.

Ancaq Rəsul Quliyev bu məlumatı təkzıb edərək, Fətullah Gülənlə tez-tez görüşdüyü haqda xəbərləri yalanlayıb…

axar.az1393267899gulen“AzPolitika.info”-nun bu mövzuda kiçik araşdırma apararkən əldə etdiyi məlumatlar isə Rəsul Quliyevin həqiqəti gizlətdiyini, onun Fəttullah Gülənlə müəyyən əlaqələrinin olduğunu söyləməyə əsas verir. Belə ki, məlumatlı mənbənin iddasına görə, uzun illər Azərbaycanda fəaliyyət göstərən “Çağ Öyrətim İşlətmələri”nin tərkibində fəaliyyət göstərən “Gülənçilər”ə aid təhsil müəssisələrinin – “Araz” kurslarının, ümumtəhsil məktəblərinin və liseylərin bu yaxınlarda fəaliyyətinin dayandırılması Rəsul Quliyevi də narahat edib.

Qeyd edək ki, son aylarda ARDNŞ-ın nəzdində yaradılan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) idarəçiliyi altında fəaliyyət göstərmiş “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ötən ay dayandırılıb. Bu quruma daxil olan təhsil müəssələrindən yalnız Qafqaz Universiteti hələlik fəaliyyətini davam etdirir…

ABTK-nin bu gözlənilməz addımı Azərbaycandakı “Gülən camaatı”na yaxın çevrədə böyük çaşqınlıq yaradıb. Lakin əldə olunan məlumatlardan belə görünür ki, zamanla çaşqınlığı üzərindən atan bu çevrə “Gülən camaatı”na məxsus təhsil sistemini xilas etmək üçün ciddi fəaliyyətə başlayıb.
Bu istiqamətdə ciddi əmək sərf edənlərdən biri də, eks-spiker Rəsul Quliyevdir. Sabiq spikerin bu məqsədlə həm ölkə daxilindəki köhnə dostlarının, həm də Azərbaycandakı hökumət təmsilçilərilə əlaqələri olan xaricdəki tanışlarının köməyindən yararlanmağa çalışdığı bildirilir.

xaliq mRəsul Quliyevin bununla bağlı Azərbaycanda təmasa girdiyi vəzifəli şəxslərdən biri kimi ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun adı çəkilir.

Qeyd edək ki, vaxtilə Rəsul Quliyevin sədri olduğu Azərbaycan Demokrat Partiyasında təmsil olunmuş, hətta bu partiyanın məclis üzvü olmuş Xaliq Məmmədovun adı “Gülənçilərə” bağlı bir şəxs kimi halanır. Təsadüfi deyil ki, Türkiyədə baş verən məlum hadisələrdən sonra rəsmi Bakının da diqqətini cəlb edən “Gülənçilərə” aid təhsil müəssisələrini himayə altına alan ARDNŞ-ın nəzdində yaradılan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə də Xaliq Məmmədov rəhbərlik edirdi…

Məlumatlı mənbələrin iddasına görə, Xaliq Məmmədovun “Gülənçilərə” bağlılığı ABTR-in yaranmasından xeyli əvvələ təsadüf edir. Elə “Çağ Öyrətim” ilə ARDNŞ arasında uzun illər davam edən “işbirliyi”nin müəllifinin də Xaliq Məmmədov olduğu bildirilir. Belə ki, ARDNŞ-in son illərə qədər “Çağ Öyrətim İşlətmələri” ilə saysız-hesabsız layihələr həyata keçirdiyi, bu məqsədlə külli miqdarda vəsait xərclədiyinə dair konkret məlumatlar var. Hansı ki, bu, dolayısıyla “Hizmət” Hərəkatının maliyyələşməsinə xidmət edib.
Məsələn, konkret fakta müraciət edək:

Məlumdur ki, 2006-cı ildən başlayaraq ARDNŞ gənclərin xaricdə təhsili davam etdirməsi üçün maliyyə ayırır. Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün ARDNŞ müxtəlif universitetlərlə sıx əməkdaşlıq edir. Bu ilin əvvəlinə qədər ARDNŞ Təqaüd Proqramının məzun və tələbələrinin sayı 172 nəfər olub. Onlardan 89-u Böyük Britaniyada, 25-I Almaniyada, 21-i Fransada, 17-si ABŞ-da, 9-u Türkiyədə, 3-ü Norveçdə, Hollandiya və Kanadada hər birində 2 nəfər, Avstriya, İsveç, Rusiya və Maltada isə hər birində 1 tələbə təhsil alır və ya təhsilini başa çatdırıb.
Maraqlı faktdır ki, ARDNŞ-ın xaricə göndərdiyi 172 TƏLƏBƏNİN 137-Sİ “ÇAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ”nin MƏZUNU olub. Bu seçimin isə birbaşa Xaliq Məmmədovun nəzarəti altında həyata keçirildiyi bildirilir.

Başqa bir fakt: Məlum olaylardan sonra Xəzər Strateji İnstitutu (HASEN) adı ilə fəaliyyət göstərən təşkilatın Türkiyədəki “Hizmət” fəalları ilə Azərbaycandakı “Gülənçi” şəbəkənin birgə layihəsi olduğu ortaya çıxdı. Elə bu təşkilatın tədbirlərində Azərbaycandakı “Gülənçi” şəbəkənin əsas fiqurları hesab edilən Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun, millət vəkili Ceyhun Osmanlının müntəzəm şəkildə iştirak etmələri də bununla bağlanırdı. Maraqlidir ki, HASEN-in də layihə və tədbirlərinin ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Türkiyə” tərəfindən maliyyələşdirildiyi bildirilir. Bunlardan biri kimi, ssenaristlərindən biri və əsas prodüser Ceyhun Osmanlı olan “Qafqaz” filmi göstərilir.
Bu siyahını uzatmaq da olar, ancaq ehtiyac görmürük. Qeyd olunan faktlar Xaliq Məmmədovun “Gülənçi”lərlə ciddi bağlılığının olduğunu sübut edir.

Elə “Gülənçilər”ə aid təhsil müəssisələrinin – “Araz” kurslarının, ümumtəhsil məktəblərinin və digər qurumların ARDNŞ-in nəzdində fəaliyyət göstərən ABTR-in himayəsi altına alınmasının məhz Xaliq Məmmədovun təşəbbüsü olduğu iddia edilir. Təbii ki, məqsədli olaraq. Məqsəd Türkiyədəki hadisələrdən, Ərdoğanın məlum açıqlamalarından sonra rəsmi Bakının xüsusi nəzarətə götürəcəyi “Gülənçilər”ə aid təhsil müəssisələrini xilas etmək olub.Təsadüfi deyil ki, “Çağ Öyrətim”lə ARDNŞ arasında müqavilənin imzalandığı bu il açıqlansa da, onun Xaliq Məmmədov tərəfindən 2013-cü ilin əvvəlində bağlandığı iddia edilir. Belə bir sual ortaya çıxır: Əgər adıçəkilən müqavilə 2013-cü ilin əvvəlində bağlanıbsa, niyə məhz bir il sonra gün işığına çıxarılıb?..
Ehtimal olunur ki, “Gülənçilər” bu təhsil müəssələrinin ARDNŞ-in nəzdindəki qurumun tərkibində fəaliyyət göstərdiyini élan etməklə, onları rəsmi Bakının hədəfindən çıxarmağa cəhd ediblər. Ancaq məlum olduğu kimi, bu plan baş tutmadı…

Bu baxımdan eks spiker Rəsul Quliyevin “Gülən məktəblərinin” xilası üçün Xaliq Məmmədovla əlaqə qurması, məsləhətləşməsinə dair məlumatlar kifayət qədər inandırıcı görünür.

Misir_Merdanov_240909Xaliq Məmmədovun bu məsələdə Rəsul Quliyevə necə yardım edəcəyini söyləmək çətin olsa da, “Gülənçilər”ə aid təhsil müəssisələrini xilas etmək niyyətinə yalnız onların düşmədiyi məlumdur. Belə ki, AzPolitika.info-ya daxil olan məlumata görə, Təhsil Nazirliyinin keçmiş rəhbərliyi də bu istiqamətdə aktiv fəaliyyət göstərir.
Məlumata görə, bu günlərdə keçmiş təhsil naziri Misir Mərdanov yaxın ətrafı ilə görüşərək nurçu məktəblərin və hazırlıq kurslarının xilas edilməsi məsələsini ətraflı müzakirə ediblər. Qərara alınıb ki, “Araz” kurslarının müəllim-tələbə heyəti, həmçinin texniki personalı bütünlüklə onların himayəsində olan “Hədəf” hazırlıq kurslarına köçürülsün.
Məlumatda o da bildirilir ki, Misir Mərdanov təhsil naziri işləyən zaman nurçuların təhsil müəssisələrinin fəaliyyətinə, əhatəsinin genişlənməsinə hərtərəfli dəstək göstərib və onları himayə edib. Bu dəstək heç də təmənnasız olmayıb və nurçuların rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilib.Lakin hazırkı durum təkcə nurçuları deyil, həm də onların himayədarlarını çətin vəziyyətə salıb. Belə ki, M.Mərdanovun, onun müavini olmuş Qulu Novruzovun və digərlərinin üzərinə ən azı “Araz” kurslarının xilas edilməsi ilə bağlı öhdəlik qoyulub.

Bütün bunlar onu göstərir ki, “Gülənçi şəbəkə”, həmçinin onların hakimiyyət daxilindəki, siyasətdəki uzantıları Azərbaycandakı mövqelərini bu və ya digər şəkildə qoruyub saxlamaq üçün səfərbər olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam