Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Bu saytda narkotik satılır –VİDEO

Azərbaycanda bir elan saytında narkotik maddə satılır.

Xeberinfo.com:  Tibbi marixuna adı altında insanları narkotik alüdəçiliyinə cəlb edirlər.

"Yüksək keyfiyyətli marixuana" başlıqlı elan yerli saytlardan birində yerləşdirilib. Elanda xərçəng və oynaq ağrıları üçün "morfi" effekti verən psixotrop maddələr də təklif olunur. İstənilən şəxs 400 manata yaxın pul ödəyərək onu əldə edə bilər.

Elana yazılmış telefon nömrəsi Kamerun kodu ilədir. Ancaq kamerunlu olduğu güman edilən satıcı ingiliscə yazdığı elanında narkotik maddəni dünyanın istənilən ölkəsinə çatdırılmanın mümkün olduğunu qeyd edib. "Skype" və elektron poçt ünvanını da elana əlavə edib. Gün ərzindəki bütün cəhdlərimizə baxmayaraq, elanı yerləşdirən şəxslə əlaqə saxlaya bilmədik.

Narkotik satışına dair elan yanvarın 23-dən, yəni 1 aydan çoxdur həmin saytdadır. Bu müddət ərzində elanın silinməməsi saytda redaktənin olmadığını göstərir. Mütəxəssislərə görə, saytda yer alan bu hal qeyri-peşəkarlıqdan xəbər verir. Elan saytlarının bu cür idarə edilməsi doğru deyil. 

Azərbaycan qanunvericiliyinə görə, hər hansı platforma vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı qadağandır. Fəaliyyət növləri mövcud qanunvericilik əsasında idarə olunmalıdır. Əks halda, həmin şəxsin və ona köməkçi olanların məsuliyyətə cəlb olunması qaçılmazdır.

Cinayət Məcəlləsinə görə bu insanlar 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzasına məhkum edilə bilərlər. Satış külli miqdarda olduqda, daha ağır cəzanın tətbiqi həyata keçirilə bilər. Elan saytlarına gəldikdə isə, ya mexaniki, ya da avtomatik redaktə sistemindən istifadə etməsi məsləhətdir. Əks halda narkotik satışına dair elan yerləşdirilə biləcək digər arzuolunmaz təbliğat və ticarət növlərinin yanında toya getməli ola bilər. (“Xəzər TV”) 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam