Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bakının gül salonlarında narkotik bitki satılır

Bakının gül salonlarında narkotik bitki satılır

 

Rusiyada narkotik tərkibli bitkilərin siyahısına ölkənin gül mağazalarında son günlərə qədər sərbəst satılan "mimoza xostilis" də daxil edilib. Məlum olub ki, bu gözəl, cazibədar bitkinin qurudulmuş hissələri özündə psixoaktiv maddə - dimetiltriptamini saxlayır. Bu adi sarı çiçəkləri olan və “8 Mart”da qadınlara hədiyyə edilən mimoza deyil. Əslində bizim mimoza adlandırdığımız akasiyadır və onda zərərli heç nə yoxdur. Yayda çəhrayı çiçəklər açan Lənkəran akasiyasını da bizdə mimoza adlandırırlar. Bu bitki də tamamilə zərərsizdir. Əsl mimoza isə yaşıldır və məhz onda güclü psixotrop maddə var. 

Yenixeber.org: Bakı Şəhər Narkoloji Dispanserindən virtualaz.org-a bildiriblər ki, Rusiyada narkomaniyaya meylli gənclər çoxdan bu mimozadan istifadə edirlər. Ondan istifadə zamanı bitki hallüsinasiyalara səbəb olur , beyin dumanlanır. Həm də bu narkotikin təsirindən daha pisdir. Hətta elə hallar olub ki, bu bitkinin “azarkeşləri” yaşıl budaqlardan çəkdikdən sonra özlərini eyvandan tullayıblar. 

Narkoloqlar iddia edirlər ki, son zamanlar bu ucuz və effektiv narkotik vasitədən Azərbaycanda da istifadə edirlər.

“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org metronun "28 May" stansiyasının yaxınlığında yerləşən gül mağazalarında satışda həmin mimoza bitkisinin olub-olmaması ilə maraqlanıb. Məlum olub ki, kəsilən budaqları adətən buketlərin dekoru üçün istifadə edilən bu mimoza onlarda aprel-may aylarında olur.

Cəmi bir manat qiyməti olan bu bitki ölkənin cənub regionlarından – daha çox Lənkəran və Lerikdən gətirilir. 

Botanika İnstitutundan Azərbaycanın cənubundakı dağlıq rayonlarda mimozanın yabanı halda bitdiyini təsdiqləyiblər. Amma ehtimal ki, bunu oradan mimoza və ya ayıdöşəyi (qıjı) adı ilə yığaraq satırlar. Adi normal insanlar bundan narahatlıq keçirməməlidirlər. Çünki psixotrop maddə yalnız mimozanın qabaqcadan qurudulmuş budaqlarının yandığı vaxt alınır.

Amma Rusiyada bu bitkinin qadağan olunmasından sonra bizdə də hüquq-mühafizə orqanlarının narahat olmasına əsas var. 

Qeyd etmək lazımdır ki, dünyada bu bitkinin narkotik effekti çoxdan məlumdur. Latın Amerikasında, xüsusən də Braziliyada, hələ əsrlər əvvəl bu bitkinin hissələrindən psixoaktiv maddələrin hazırlanmasında istifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam