Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycan sərhədində 1,6 kq-dan artıq psixotrop maddə və narkotik vasitələr aşkarlanıb

 

 

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gizli yolla ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə  DGK-dan məlumat verilib

 

Yenixeber.org: Məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı Bilal Hüseyinov saxlanılıb.

Vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə olunub. Bundan sonra adı çəkilən şəxslə sorğu-sual aparılıb. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olub-olmaması barədə suala cavabında, vətəndaş belə predmetlərin olmadığını bildirib.

Daha sonra əl yükləri təkrar yoxlanılıb və həmin yüklərə aid sellofan torbadakı 4 ədəd yuyucu toz qutusunun içərisində olan 1 ədəd çay və 3 ədəd xama qutularında, ümumilikdə 9 ədəd bağlamada gömrük nəzarətindən gizlədilən maddələr aşkarlanıb.

Həmin bağlamalara baxış nəticəsində isə onlardan 7-sində ümumi xalis çəkisi 1 635 qram olan narkotik vasitə - heroin, birində xalis çəkisi 3,506 qram olan psixotrop maddə - metamfetamin, bir bükümdə isə xalis çəkisi 3,214 qram olan narkotik vasitə - tiryəkin olduğu müəyyən edilib.

B.Hüseyinov aşkara çıxarılan həmin maddələrin yuyucu toz, çay və xamaların içərisində yerləşdirilməsindən xəbərsiz olduğunu, həmin malları ona İranda bir İran vətəndaşının verdiyini, gömrük sərhədini keçdikdən sonra “Qoşa Təpə” gömrük postunun qarşısında bir nəfərin ona yaxınlaşaraq qəbul edəcəyini və bunun müqabilində pul verəcəyini bildirib.

Nəhayət, B.Hüseyinovdan aşkar edilən psixotrop maddə və narkotik vasitələri qəbul edəcək şəxsi və onunla cinayət əlaqəsində olan digərlərini müəyyənləşdirmək üçün zəruri əməliyyat tədbirləri həyata keçirilib. Bu məqsədlə yaradılan əməliyyat qrupunun tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələri qəbul edəcək Azərbaycan vətəndaşı Elyas Abbasov müəyyənləşdirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısında psixotrop maddə və narkotik vasitələri qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam