Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

5 manatlıq xidmət 100-ə qaldırıldı -Azərbaycanda

ameaAzərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 2017-ci il üçün açıqladığı xidmətlərin qiymət cədvəli sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xeberinfo.com:   Müzakirələrə səbəb kitabxanadan AMEA üzvü olmayan vətəndaşlar üçün nəzərdə tutulan illik oxucu kartının qiymətinin fantastik dərəcədə artırılmasıdır. Belə ki, ötən illərdə bu kart üçün ödəniləcək məbləğ 5 manat olduğu halda, bu ildən etibarən qiymət 20 dəfə qaldırılaraq 100 manat nəzərdə tutulub. Aylıq oxucu kartının qiyməti isə 10 manatdır.

“Qafqazinfo” məsələylə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü ilə əlaqə saxlayıb. Şöbə müdiri qiymət artımının səbəbini kitabxananın mühafizə sisteminin gücləndirilməsi ilə izah edib. O, bildirib ki, mühafizə məqsədilə binaya yeni işçi qüvvəsi cəlb edilməlidir:

“Mərkəzi Elmi Kitabxana AMEA-nın bir müəssisəsidir. Odur ki, bizim digər kitabxanalardan fərqli olaraq əsas işimiz Akademiyanın əməkdaşlarının oxucu hüququ qazanmasını təmin etməkdir. Yeni qaydalara əsasən, onlar üçün 1 illik oxucu kartının qiyməti 5 manat olaraq saxlanılıb. Bundan başqa, Akademiyada magistr təhsili alanlar, güzəşli kateqoriyasına daxil olan şəxslər üçün kitabxanadan istifadə ödənişsizdir. Ancaq artıq yuxarıda sadaladığımız kateqoriyalara daxil olmayan şəxslər üçün kart əldə etmək yanvar ayının 1-dən etibarən 100 manat nəzərdə tutulub. Bu yolla kitabxanada mühafizəni artırmaq üçün lazım olan əlavə işçi qüvvəsini cəlb etmək istəyirik”.

M. Göyüşlü onu da bildirib ki, maddi durumla bağlı vəziyyət düzələn kimi həm ikinövbəli sistem, həm də oxucu kartının qiyməti əvvəlki vəziyyətinə qaytarılacaq:

“İnformasiya resurslarının təhlükəsizliyi səbəbi ilə biz ikinövbəli sistemi dayandırmağa məcbur olmuşduq. Bizdə olan informasiya resursları – kitablar, xəritələr və digər sənədlərin mühafizəsi üçün kifayət qədər mühafizə qüvvəsi yoxdur. Ayrılan vəsait də yeni işçi qüvvəsi cəlb etməyə kifayət etmir. Maliyyə məsələsi ilə bağlı çətinliklər var. Düşündük ki, bu vasitə ilə öz xərclərimizi müəyyən bir müddət üçün stimullaşdıra bilərik. Həm ikinövbəli sistemin ləğvi, həm də oxucu kartındakı qiymət artımı müvəqqəti xarakter daşıyır. Maddi durumla bağlı vəziyyət düzələn kimi hər iki məsələdə yenidən əvvəlki qaydalar tətbiq olunacaq.

Sonda şöbə müdiri hazırda ikinövbəli sistemə qayıtmaq üçün AMEA-nın rəyasət heyəti ilə danışıqlar aparıldığını da qeyd edib:

“Bununla bağlı müəyyən təkliflərimizi vermişik. İkinövbəli sistem üçün əlavə işçi qüvvəsinə ehtiyac var. Bizim niyyətimiz nə pul qazanmaqdır, nə də ki, vətəndaşların oxumasına mane olmaq. Çox çalışırıq ki, əvvəlki qaydalar yenidən bərpa olunsun. Ancaq hazırda kitabxanada qiymətli kitablar, nüxsələr saxlanılır. Azərbaycanın ən qədim 15 kitabı var. Bəs bunlardan biri itsə, kim cavabdeh olacaq?! Çox xahiş edirik ki, oxucular da bizi doğru anlasınlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam