Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Binalarda isti suyun qiyməti qalxdı:- “Azəristilik” artımının səbəbini açıqladı

 

Yenixeber.org: Neftçilər üçün tikilən yaşayış binalarında isti suyun qiyməti artırılıb. Bina sakinləri də qiymət artımından narazıdır. Onların sözlərinə görə, isti suyun verilməsi üçün öncə 40 qəpik ödəyirdilərsə, hazırda bu məbləğ 1.92 manatdır. Bu isə qiymətin 5 dəfə artması deməkdir. Abonentlər bildirir ki, hər ay onlara isti suya görə 80-100 manat borcun olması haqda xəbərdarlıq gəlir.

Bina sakinləri “Azəristiliktəchizat” ASC-yə şikayətlərini ünvanlayıb. “Azəristiliktəchizat” ASC-nin abonentlər və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 noyabr, 2016-cı il qərarına əsasən, isti su tariflərinin qiymətləri dövlət tərəfindən təznimlənən malların siyahısından çıxarılıb. 

R.Əliyev bildirir ki, yeni tarif yalnız neftçilər üçün inşa edilən binalara şamil edilmir:

“Mərkəzləşmiş sistem vasitəsilə qazanxanalar vasitəsilə ölkə ərazisində yaşayış binalarının ümumilikdə heç bir faizi isti su ilə təmin edilmədiyindən isti su təchizatı inhisar subyekti deyil. Bu səbəbdən isti su Nazirlər Kabinetinin qərarına əsasən dövlət tərəfindən tənzimlənən mallar siyahısından çıxarılıb. Artıq mayın 1-dən etibarən “Azəristilik” ASC tərəfindən 1 kubmetrə görə 1.92 manat tarif müəyyənləşib. 1.92 manatlıq tarifdə isti suyun alınmasında birbaşa istifadə olunan soyuq suyun, təbii qazın və elektrik enerjisinin dəyəri hesablanıb. Bundan öncəki qiymət maya dəyərindən bir neçə dəfə aşağı idi. Təsəvvür edin ki, soyuq suyu 50 qəpiyə alıb, 40 qəpiyə satırdıq. Hazırki tarif müvəqqəti olaraq təyin edilib”.

R.Əliyevin sözlərinə görə, bu tarif müvəqqəti müəyyənləşsə də, hələlik qiymətlərə yenidən baxılması nəzərdə tutulmur: “Yeni qiymət “Azəristiliktəhizat” ASC-nin xidmət zonasına daxil olan, mərkəzləşmiş qazanxanalar vasitəsi ilə isti su ilə təmin olunan yaşayış binalarına şamil edilir. Yəni, neftçilər, məcburi köçkünlər, əlillər, şəhid ailələri, dəmiryolçuları və digər bu tip təbəqə üçün inşa olunan binalara şamil edilir”. 

Qeyd edək ki, neftçilər üçün paytaxtın müxtəlif yerlərində binalar tikilib. Bu binalar Badamdar qəsəbəsi, Ayaz İsmayılov küçəsində, 8-ci kilometrdə, Qaraçuxurda və başqa ərazilərdə yerləşir. Maraqlıdır, istiliyin tariflərində necə, qiymət artımı gözlənilirmi? R.Əliyev bildirir ki, bu məsələ Tarif Şurasının nəzarətində olduğu üçün bu haqda heç bir fikir söyləmək mümkün deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam