Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Eldar Mahmudovun həbsi üçün sübutlar toplanıb -Baş prokuror siyasi qərarı gözləyir

eldar1

 

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs olunmaması cəmiyyətdə ciddi narazılıqla müşaiyyət olunmaqdadır. Hətta əksər ekspertlər, icimai xadimlər Baş prokuror Zakir Qaralovu  Eldar Mahmudovdan çəkinməkdə, onu həbs etməyə cəsarət etməməkdə günahlandırır.

Xeberinfo.com:   Gununsesi.info-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi bir məlumatda məsələnin heç də belə olmadığı bəlli olub. Belə ki, MTN-in rəhbərliyinə daxil olan mütəşəkkil cinayətkar dəstənin həbsdə olan üzvlərinin cinayət işlərinin istintaqında Eldar Mahmudovun həbsi üçün kifayyət qədər hüquqi zəmin yarandığı, sübutlar ortaya çıxdığı bəlli olub. MTN-nin həbsdə olan yüksək vəzifəliləri istintaqa ifadələrində Eldar Mahmudov barəsində ifşaedici faktlar açıqlayıb.

“Ancaq Mahmudov istintaqa cəlb olunsa da həbs olunmaması sırf siyasi məsələdir” deyən qaynağımız aəlavə edir: “Eldar Mahmudovun həbsi üçün ölkə başçısının göstərişi lazımdır. Bu olmayınca Zakir Qaralovun həbs etməsi imkansızdır”.

Mənbəmizin sözlərinə görə, Eldar Mahmudovun törətdiyi bütün cinayətlər nazir işlədiyi dönəmlərdə sahib olduqları varidat barəsində ölkə rəhbərliyinə lazimi informasiyalar təqdim edilib. “Baş prokuror oturub siyasi qərarı gözləyir” deyə mənbəmiz əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam