Tağı Əhmədovun mülkləri -FOTOLAR
Son zamanlar ölkə mediasında həbsdə olan general Akif Çovdarovun mülkləri, əmlakları haqda məlumatlar yayılır.
Xeberinfo.com: Təkcə Çovdarovun deyil, onun ''qurbanı'' kimi tanınmış Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun mülkləri haqda məlumatı oxucuların diqqətinə çatdırırıq.
Xebermen.com-a daxil olmuş məlumatı ixtisarla təqdim edirik: ''Aprelin 22-də istintaq zamanı üzləşmələrdə Səbail İcra Hakimiyyətinin hüquq şöbəsinin müdürü Hafiz Aberatovla, həmin rayonun keçmiş İcra başçısının qardaşı, Binəqədi Bələdiyyəsinin sədri və sair bu kimi bir neçə məmurlarla üzləşdirilib
Bu zaman ən diqqət çəkəni isə zərərçəkmiş qismində üzləşdirilən keçmiş Metropolitenin rəisi Tağı Əhmədovdur. O, General Çovdarovun ondan nazirliyə 10 ədəd "Range Rover" markalı avtomobil alıb təhvil verməsi tələbi irəli sürdüyünü iddia edib. Rədd cavabı aldıqdan sonra generalın acıqlandığını, buna görə də Metropolitendə çalışan qohumları Elşən və Şövqünün (Tağı Əhmədovun qardaşı uşaqları) həbsinə göstəriş verdiyini bildirib. Həbs edilib təziq və işgəncə ilə onlardan Tağı Əhmədovun əleyhinə ifadələrinin alındığını deyərək şantaj edildiyini bildirib.
Bu prosesdən sonra o 3 milyon dolları müxtəlif valyutalardan olan əskinaslarla oğlu Ruslan və qohumu Əli ilə generalın şəxsən özünə göndərdiyini ifadə edib. Bu hadisə onun dediyinə görə 2014-cü ildə baş verib. Müstəntiqin 3 milyonu haradan əldə etdin sualına isə 44 illik əməkhaqqımı yığmışam deyərək cavablandıran Tağı müəllimə bir az acıdım. Bunları xırdalıqları ilə yazmaqda məqsədim niyə acıdığımı və niyə acımadığımı ifadə etməkdir. Hörmətli Tağı müəllim 44 ilə 3 milyonu əməkhaqqınla yığmısan demisən. Əvvəla ən məhşur riyaziyyatçıları da gətirsək, hansı riyazi hesablama ilə desən hesablasaq, 44 illik maaşınız 3 milyonun 3-də 1-ini doldurmur.
Sonrası isə nə oğlunuzun adında olan Dubaydakı zavodunuzu, nə Port Bakudakı qiyməti 2 milyon manata çatan 3 ədəd mənzilinizi, nə Badamdarda yerləşən "Şəhrizad" restoranınızı, nə onun yanındakı hektarlarla torpağınızı, nə Mehdiabaddakı 5 mərtəbəli tikib istifadə etmədən saxladığınız villanızı, nə Tibb Universitetinin arxasında inqilab küçəsi ətrafındakı villalarınızı, nə "Sahil Ticarət Mərkəzi"nizi, nə metronun üzərində inşa etdirdiyiniz nəhəng yaşayış kompleksinizi tikib qurmağa, nə də Nikoylbankdan elə 2014-cü ildə depozitdən geri çəkdiyiniz 10 milyonu yığmağa həmən "bezrazimer" maaşınız çatmaz.
Sizin dilinizlə desək "burcutmayın" Tağı müəllim. Belə məqamda burcutmağın faydası yoxdur. Generalın sizdən aldığını iddia etdiyiniz vəsait dövlətin təhlükəsizliyi üçün istifadə olunmağa da xərclənmiş ola bilər. Sizin də yeraltı dünyanızda mənimsədiyiniz vəsaitləri, o vəsaitlər hesabına qazandığınız dövləti ,məhz sizin mənimsəməniz üçün qoruyan elə həmən generaldır. General Çovdarov olmasaydı yeraltı dünyanı, yeraltı biznesini sərbəst idarə edə bilməzdin. İndi dar gündə bu qədər sərvətiniz olduğu halda zərərçəkmiş şəxs kimi sizin üçün "5 qəpiyin" (3 milyonun) söhbətini eləmək burcudmaqdan başqa bir şey deyil''.
Criminal.az