Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İşbazların növbəti fırıldağı: Müəllimlər belə “tor”a salınır – VİDEO

 

421
İşbazların bu dəfəki hədəfi müəllimlərdir. Onlara guya diaqnostik qiymətləndirmənin sualları satılır, nəticədə müəllimlər həm imtahandan kəsilirlər, həm də onların pulları mənimsənilir. Pulunu ödə, diaqnostik qiymətləndirmə imtahanına düşən sual testindən keç.
Xeberinfo.com:  “Xəzər xəbər”in məlumatına görə, bir çox saytlar, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına düşən sualları test formasında yerləşdiriblər. Burada bütün ibtidai, Ədəbiyyat, Kimya, Fizika, Coğrafiya, hətta Tarix və başqa fənlər üzrə test sualları var. Hətta A, B, C, D variantlarına qədər. Məsələ burasındadır ki, bəzi işbazlar bu aralar müəllimlərin həssas nöqtələrindən istifadə etməyə başlayıblar.
Onların imtahanda uğur qazanmaq üçün hər yola baş vuracaqlarını bildiklərindən, pul qazanmaq həvəsinə düşüblər. Saytda, sistemə daxil olmaq, yəni onlayn sınaqdan keçmək üçün hesabı artırmaq şərt kimi qoyulub. İstifadəçi bütün bölmələrdən yararlanmaq üçün bir aylıq 3 manat ödəməlidir.
Lətafət Abdullayeva, bir neçə dəfə onların tələsinə düşüb. Hər dəfə də balansından pul silinib.
Təhsil Nazirliyi isə belə fırıldaqlara alət olmamaq üçün xəbərdarlıq edir. Nazirlikdən verilən məlumata görə, tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından keçmələri vacib hesab olunur. Bu məqsədlə də nazirliyin rəsmi saytında həm forma, həm də məzmun etibarilə diaqnostik qiymətləndirmə imtahanına uyğunlaşdırılan testlər mövcuddur. Müəllimlər, heç bir ödəniş etmədən sadəcə qeydiyyatdan keçərək bu xidmətdən yararlana bilərlər. Müxtəlif saytlarda yerləşdirilən belə test suallarına nazirlik cavabdeh olmadığından, həqiqəti əks etdirməyə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam