Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Kardiologiya İnstitutunun “despot” professoru

 

“ Rafael Daşdəmirov qanunları pulla almaqdan və insan taleləri ilə oynamaqdan zövq alır”

Xeberinfo.com:   C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini, professor Rafael Daşdəmirovun fəaliyyətində müşahidə olunan neqativ hallar barədə qəzetimizdə dərc etdiyimiz tənqidi yazılar gözlənilməz effektə səbəb olub. Belə ki, dünən, günün ikinci yarısında redaksiyamıza telefon zəngi daxil olub. Bizimlə əlaqə saxlayan şəxs özünü Rafael Daşdəmirovun qudası (qızının qaynanası) kimi təqdim edən Zoya İsmayıl qızı adlı bir xanım idi. Etiraf edək ki, Zoya xanımın danışdıqlarını həqiqətən də “şok açıqlamalar” kriterisinə aid etmək olar. Açıqlamalar o dərəcədə sarsıdıcı xarakter kəsb etmiş oldu ki, hətta müsahibimizin telefon danışığından bir qədər sonra bizə faksla göndərdiyi şikayət ərizəsində əks olunan məlumatları da yalnız ciddi redaktə və ixtisarlarla təqdim etmək qərarına gəldik. Çünki yaxın qohumunun irəli sürdüyü ittihamlarda Rafael Daşdəmirovun çirkin əməllərindən onun hətta öz ailə üzvlərinin də ziyan çəkdikləri bildirilir.

Zoya İsmayıl qızının bizə verdiyi açıqlamaları elə onun öz adından, yəni birinci şəxsdən təqdim edirik: “İlk növbədə özüm barədə onu deyə bilərəm ki, mən, təqaüdə çıxana qədər, əlli il ərzində Rus dili və ədəbiyyatı müəlliməsi işləmişəm. Valideynlərim də həkim olublar. Ümid edirəm ki, özümü ziyalı adlandıra bilərəm. Sizin qəzetinizdə barəsində tənqidi yazı dərc olunmuş professor Rafael Daşdəmirov mənim oğlumun qaynatasıdır. Daha doğrusu, mən onu keçmiş qaynata kimi də təqdim edə bilərdim. Çünki oğlum artıq faktiki olaraq Daşdəmirovların qızı ilə boşanıb. Lakin boşanma hələ tam rəsmiləşdirilməyib. Elə bu ailə yaşadığımız problemlər də məhz bu səbəbdəndir.

Dünən, axşam saatlarında Rafael Daşdəmirovun həyat yoldaşı Nazilə xanım mənimlə telefon əlaqəsi saxlayıb. Qeyd edim ki, Nazilə xanım özü də həkim-ginekoloqdur və Buzovnadakı doğum evində işləyir. Gözləmədiyim halda mənə qarşı ittihamlar irəli sürən Nazilə Daşdəmirova, məni Rafael Daşdəmirov barəsində mətbuata informasiya təqdim etməkdə təqsirləndirdi. Danışığımız uzun çəkmədi. Aramızda artıq bir müddətdir ki, müəyyən mübahisələr və hətta münaqişə yaranıb. Daşdəmirovlar oğlumu şərləyərək, onu polisə veriblər. Bu səbəbdən də, belə qənaətə gəliblər ki, Rafael Daşdəmirov barəsində dərc etdiyiniz faktları sizə mən təqdim etmişəm. Növbəti dəfə məni və oğlumu təhdid edərək, Nazilə xanım sözünü bitirdi. Mən də ona bildirdim ki, indiyədək onlardan heç yerə şikayət etməmişəm. Amma bu söhbətdən sonra artıq mən də danışacağam.

Bundan sonra, ilk növbədə internet axtarış sistemi vasitəsilə sizin dərc etdiyiniz yazını tapdım. Əlaqə nömrələrinizi də saytınızdan götürdüm. Götürdüm ki, mənim də dərdimi deməyə bir ünvanım olsun. Dərdim, problemlərim isə həqiqətən də böyükdür. Çünki Daşdəmirovlar, özləri də etiraf etdikləri kimi, həqiqətən də çox imkanlı insanlardırlar və bu imkanlarını istədikləri (daha doğrusu istəmədikləri) insanlara pislik etməyə, problem yaratmağa çox asanlıqla yönəldə bilirlər. Hətta bu insan onların öz ailə üzvləri olsa belə.

Mənim oğlum bu ailənin qızı, Aynur Daşdəmirovanın ikinci həyat yoldaşıdır. Bu qızcığazın birinci ailəsini dağıdan da Rafael Daşdəmirov özü olub. Onun daimi təpkilərindən stress və əsəb sarsıntıları keçirən qızı doğuş zamanı müəyyən psixo-nevroloji xəstəliyə düçar olub. Artıq ikinci doğuşda isə, onun vəziyyəti bir qədər də pisləşib. Bütün bunlar Aynurun keçmiş həyat yoldaşını da sarsıdıb. Bir tərəfdən də, Rafael Daşdəmirovun ailə daxilində yolverilməz, iyrənc əməlləri, zülmkarlığı gərginliyin daim artmasına nədən olub. Nəticədə Aynurun keçmiş həyat yoldaşı ayrılmaq qərarına gəlib. Bundan sonra, Rafael Daşdəmirov iki nəvəsini də, kürəkənini də cəzalandırmaq qərarına gəlib və onları metronun “İçərişəhər” stansiyası yaxınlığında yerləşən, yaşadıqları evdən çıxararaq, məhkəmə ilə həmin evi kürəkəninin əlindən alıb.

Bir qədər sonra, mənim oğlumun Aynurla tanışlıqları baş tutub və gənclər evləniblər. Lakin az müddət sonra Rafael Daşdəmirovun xisləti yenidən özünü büruzə verib. Bu dəfə də hədəfdə əlbəttə ki, professorun yeni kürəkəni olub. Oğlumun əsəbləri yaranmış gərginliyə Aynurun birinci həyat yoldaşından da az müddət davam gətirə bilib. O da ayrılmağa qərar verib. Rafael Daşdəmirov isə, əvvəlcə oğlumu ailədə saxlamaq üçün “kökə” siyasətini işə salıb. Bu məqsədlə kürəkənə bahalı maşın, villa, obyekt, xarici səfərlər, bir sözlə “gözəl həyat” vəd olunub. Hətta avtomobil alınıb da. Lakin oğlum bunların nə ilə nəticələnəcəyini artıq bildiyindən qərarından dönməyib. Hər şeydən imtina edərək, həyat yoldaşını da, Daşdəmirovları da tərk edib. Amma Rafael Daşdəmirovdan yaxa qurtarmaq elə də asan deyil. Belə ki, professor indi də “dəyənək” siyasətini işə salıb. Öz əlaqələrindən istifadə edərək, Rafael Daşdəmirov saxta ekspert rəyi alıb və qızının kürəkəni tərəfindən guya ki, döyülməsi, həm də ağır xəsarət yetirməklə dpöyülməsi barədə polisə şikayət ərizəsilə müraciət edib. Hazırda bu şikayət əsasında Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində, Elbrus tərəfindən araşdırma aparılır. Rafael Daşdəmirov isə, mənə belə deyir: “Mən Binəqədinin polis rəisi Namiq müəllimin ailə həkimiyəm. Buna görə də bölmədə istintaq da mənimrəyimə görə gedəcək. Əgər oğlunun həbsdə çürüməsini istəmirsənsə, 20 min manat mənə, 10 min manat da polisə verəcəksən. Yoxsa, bu işin başqa həlli yolu yoxdur”. Daşdəmirovlar bilirlər ki, mənim o qədər pulum yoxdur və heç vaxt da olmayacaq. Dediyim kimi, təqaüdçü müəlliməyəm. Həm də xəstəyəm. Bir müddət əvvəl ağır əməliyyat keçirmişəm. Digər tərəfdən isə, Rafael Daşdəmirov nəinki 20 minə, heç 2 milyona da pul demir. Ən səthi araşdırma

bu dediklərimi təsdiq edər. Onun Biləcəridə hektarlarla torpaq sahələri, Rəsulzadə və Buzovna qəsəbələrində şəxsi imarətləri, Türkandakı möhtəşəm bağ evi, paytaxtın Gənclik, Dərnəgül, 6-cı mikrorayon və digər ərazilərində yerləşən elit yeni tikili binalarda mənzilləri, bahalı avtomobilləri və digər mülk və əmlakının dəyərləndirilməsi aparılarsa, 200-300 min manat, riyazi dillə desək, yalnız yuvarlaqlaşdırmağa gərəkən bir rəqəmə rahat çevrilər. Hələ mən, Nazilə Daşdəmirovanın yalnız xarici ölkələrdən alınan və brend markalardan ibarət olan qızıl-brilliant zinyət əşyaları kolleksiyasından danışmıram.

Sual oluna bilər, belə olduğu halda Daşdəmirovların bizdən istədikləri nədir? Heç nə! Sadəcə olaraq professor Daşdəmirov, onun öz sözlərilə desək, “qanunları pulla almaqdan” və bir də insanların talelərilə oynamaqdan, onlara zülm etməkdən çox xoşlanır. Məhz bunun nəticəsidir ki, bu gün bu insanın öz ailəsi də pərən-pərən olmuşdur. İndi də hədəfdə mənim oğlumdur. Bunu da qeud edim ki, oğlum 20 il Sərhəd qoşunlarında, baş gizir rütbəsində hərbi qulluqda olub, Vətənə şərəf və ləyaqətlə xidmət edib. Əslində Aynur Daşdəmirovanın da oğluma qarşı heç bir iradı, ondan şikayəti yoxdur. Onun bir müddət əvvəl telefonda bizə dediklərini qeydə də almışam. Həmin səs yazısında da aydın eşidilir ki, Aynur bütün baş verənlərdə atasını ittiham edir. Deyir ki, Rafael Daşdəmirov öz doğma qızına şiddət göstərərək, onu polisə yalan ifadə verməyə məcbur etmişdir...”

Gördüyünüz kimi, Zoya xanımın bura qədər Rafael Daşdəmirovun ünvanına səsləndirdiyi ittihamlar da kifayət qədər ağırdır. Amma inanın ki, açıqlamada bundan sonra yer alan fakt və iddialar hətta ən utanmaz insanı belə riqqətə gətirə biləcək ittihamlardan ibarətdir. Elə bu səbəbdən də, onları dərc etmirik. Yalnız ümid edirik ki, Zoya İsmayıl qızının bu dedikləri də müvafiq instansiyalar və ilk növbədə Kardiologiya İnstitutunun rəhbərliyi tərəfindən diqqətə alınacaq.(Bizimdovr.az)

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam