Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tağı Əhmədovu bitirən səbəb - “pullarını seçki ərəfəsi bankdan niyə çıxarır?”

Tağı Əhmədovu bitirən səbəb - “pullarını seçki ərəfəsi bankdan niyə çıxarır...”

 

MTN çetesi onun toruna düşən sabiq rəisi necə güdüb...; 2013-cü ilin prezident seçkisi ərəfəsində bir günün içərisində bir neçə bankdakı pullarını geri çəkmək zorunda qalan “Bakı Metropliteni”nin rəhbəri şübhə altına düşüb; banklara “Tağı Əhmədova pulunu qaytarın” mesajı verilib və izləmə da məhz MTN-ə həvalə olunub... 

 

 

Xeberinfo.com:  Bir neçə gündür ki, “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova indiki hesablamalarla təqribən 4 milyon (2 milyon dollar, 1,5 milyon avro və 300 min manat) manat verməsi barədə məqalələr dərc edilir. 
İddia edilir ki, MTN-ə 10 ədəd “Range Rover” markalı avtomobil lazım olub. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov isə bundan imtina edib. A.Çovdarov da intiqam məqsədi ilə onun ətrafında olanlar barədə araşdırma aparıb. T.Əhmədovun qardaşı oğlu Şövqi Tağıyev və digər qohumu Elşən Tağıyev (qardaşı oğlu) A.Çovdarovun göstərişi ilə saxlanılıb. 
Onlara MTN-də fiziki təzyiq olunub. Sonda T.Əhmədov məcburən  3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında A.Çovdarova verib. 
A.Çovdarov vəkili vasitəsilə “Yeni Müsavat”a öz mövqeyini açıqlayıb, iddiaları təkzib edib, üstəlik, deyib ki, Tağı Əhmədovun kiçik oğlu bu yaxınlarda aeroport yolunda dayanacaqda maşını ilə adam vurub. O biri oğlunun da barəsində rayon polis idarələrində cinayət materialları var. Həbsdəki general iddia edir ki, bunları ört-basdır etmək üçün Tağı Əhmədovu ona qarşı istifadə edirlər. 
“Yeni Müsavat” T.Əhmədovun rüşvət qalmaqalı ilə bağlı daha sensasion məlumatlar əldə edib. Məlum olur ki, T.Əhmədovun işdən çıxarılmasının əsas səbəbi də bu pul məsələsi olub. Mənbəmiz deyib ki, “Range-Rover” “Jaquar”, “Maserati” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkətinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə şirkəti olan “Caspian Crystal” holdinqə bağlığını bilməyən yoxdur. Yəni MTN-in texniki təchizatı üçün dövlət büdcəsindən ayrılmış pullar Eldar Mahmudovun oğlunun rəhbərlik etdiyi şirkətin “Range-Rover”lərinin alınmasına yönəldilib. Təsadüfi  deyil ki, E.Mahmudovun əməkdaşlarının ixtiyarında olan avtomobillərin böyük əksəriyyəti də “Range-Rover” olub. T.Əhmədovdan da 10 “Rang-Rover” almaq tələbi buradan yaranıb. Əlbəttə ki, Eldar Mahmudovun göstərişi  ilə T.Əhmədovdan alınan pullar sonunda E.Mahmudovun ailə şirkətinə çatacaqmış. 
Image result for Range Roverdə
T.Əhmədovun israrı isə ona və yaxın çevrəsinə baha başa gəlib. Hadisə, təqdim edildiyi kimi, 2014-cü ilin aprelində deyil, 2013-cü ilin sonunda baş verib. “Yazılır ki, guya Tağı Əhmədov və qohumları MTN-də yoxlamalarla şantaj olunub. 2014-cü ilin aprelində Tağı Əhmədov daha rəis deyildi, yaxın ətrafı da işdən uzaqlaşdırılmışdı” deyə, mənbəmiz xatırlatma verib.    
 
Image result for Tağı Əhmədov
Beləliklə, T.Əhmədov MTN generallarının ciddi basqısını gördükdən sonra istənilən məbləği vermək zorunda qalıb. Bunun üçün isə o, bir günün içərisində bir neçə bankdakı pullarını geri çəkmək zorunda qalıb. Məlumdur ki, banklar pulu sevinə-sevinə əmanət kimi qəbul etsələr də, qəfil geri istəməkdən narazı qalırlar. Mənbəmiz deyib ki, müxtəlif banklardan bir gündə 2 milyon dollarını, 1,5 milyon avrosunu geri istəyən “Bakı Metropoliteni”nin rəisi şübhələrə səbəb olub. Həssas dönəmdə (2013-cü il seçkiləri ərəfəsi “Milyarderlər İttifaqı” adlı bir qurum yaradılmışdı, müxalifət isə birləşərək Milli Şura ilə seçkiyə qatılmışdı) onun milyonları qəfil geri çəkməsi tez bir zamanda “yuxarılara” çatıb. 
“Tağı Əhmədova pulunu qaytarın” tapşırığı verilib. Mənbə deyib ki, “Bakı Metropliteni” rəisi nəzarətə götürülüb və bu iş də məhz MTN-ə həvalə olunub. Aydındır ki, MTN  generalları özləri  üçün geri çəkilən pulun nəyə yönəldiyini deməyiblər, izi azdırıblar, bu məbləğin büdcədən yayındırıldığını deyiblər. Xatırladaq ki, məhz həmin dövrdə elektron mediada “Bakı Metropliteni” QSC-də büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı xəbərlər daha da intensivləşmişdi ki, bu da MTN nəzarətində olan saytlarda daha çox nəzərə çarpırdı. Beləliklə, 2014-cü il fevral ayının 27-də T.Əhmədov işdən çıxarıldı. 
Image result for Tağı Əhmədov oğlu
 
Mənbəmiz deyir ki, T.Əhmədov MTN çetesi ifşa olunandan sonra bu məsələni qabartmaqla həmin dövrdə “siyasi səhv” etmədiyini, sadəcə, şantaj olunduğunu açıqlamaq məqsədi güdüb. Çünki özü də yaxşı bilir ki, o pulun bir manatını belə geri verən deyillər...
Xatırladaq ki, MTN çetesi bir çox yüksək rütbəli məmurları müxtəlif yollarla şantaj edərək, onlardan böyük məbləğdə pul, daşınmaz əmlak və s. qopardıb. Siyahıda elə yüksək rütbəli məmurların adları var ki... Əksəriyyəti də ailə üzvləri və ya özlərinə aid videomateriallarla şantaj olunaraq xəraca oturdulub. 
Image result for Tağı Əhmədov oğlu
Eldar Mahmudovun cəza dəstəsinin pul istəyindən boyun qaçıran yüksək rütbəli məmurların ən yaxın qohumları, ailə üzvləri az müddət sonra MTN-in təcridxanasına salınırmış. Hazırda həbsdə olan MTN generallarının məhkəməsi açıq keçirilsə və orda ifadələr heç bir təzyiq olunmadan verilsə, ortaya ölkəni şoka salan informasiyalar çıxar. Zatən Akif Çovdarov bunun anonsunu vəkili vasitəsilə verib. Həbsdəki general vəkili vasitəsilə “Yeni Müsavat”a göndərdiyi açıqlamada Azərbaycan xüsusi xidmətinin agentura şəbəkəsini deşifrə edəcəyi ilə hədələyib. 
 
“Demərəm”, “etmərəm” sözlərinin gerçək anlamı əslində “deyərəm”, “edərəm”, “agentura şəbəkəsini açaram” kimi başa düşülməlidir. Ortada başqa faktlar da var, A.Çovdarov onları açsa, Azərbaycanda ictimai-siyasi proseslərin yönü necə dəyişər - bunu söyləmək o qədər də çətin deyil.  
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam