Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İcra Hakimiyyəti məktəblərdən sovqat yığdırır?

Suraxanı rayonu ərazisindəki orta məktəblərdə təhsil alan şagirdlərdən bayram xonçası düzəldilməsi üçün 2 manat vəsait tələb edilir. Əslində 2 manat nədir ki, deyib keçmək olardı. Amma keçmədik. Çünki səbəbi var. Səbəbi düzəldilən xonçaların məhz Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tələb olunmasıdır.

 

Xeberinfo.com:  Sinif rəhbərlərinin şagirdlərə verdiyi məlumata görə, məktəb direktorları hər sinifdə bir bayram xonçasının hazırlanması göstərişini verib. Sinifdə oxuyan şagirdlərin valideynləri də 2 manatdan yığaraq xonçanı düzəltmək üçün lazım olan qoz-fındıq, şirniyyat, meyvə alıblar.

Araşdırma zamanı bəlli olub ki, orta məktəblərdən əldə edilən bayram xonçalarını Suraxanı rayon İcra Hakimiyyəti öz adından uşaq evləri, internat məktəblərinə bayram sovqatı kimi aparacaq.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarovla əlaqə saxladıq. Şöbə müdiri Modern.az saytına deyilənlərin şayiə olduğunu bildirdi:

“Bizim məktəblərlə hər hansı əlaqəmiz yoxdur ki, orda pul ya da başqa nə isə yığdıraq. Bunlar hamısı şayiədir”.

B.Barxudarov deyib ki, indiyə qədər belə hal baş verməyib:

“Bayramlarda uşaq evləri, internat məktəblərinə yardımlar edirik, amma öz daxili imkanlarımız hesabına. Heç kim deyə bilməz ki, nə vaxtsa, kimdənsə bunun üçün nə isə tələb etmişik. Hansı məktəbdə bizim adımızdan pul yığılırsa, bu, bizim problemimiz deyil”.

Qeyd edək ki, rayon ərazisində 35 orta ümumtəhsil məktəbi var.

Bəzi məlumatlara görə, bu problemi Bakının digər rayonlarındakı məktəblər də yaşayır. Məsələn, Nərimanov rayonundakı bəzi məktəblərdə direktorlar xonçaları uşaqlardan deyil, müəllimlərdən tələb edirlər. Yəni müəllimlər pul yığıb qoz-fındıq, şəkərbura-paxlava almalıdırlar ki, internatlara və uşaq evlərinə xonça aparılsın.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam