Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Şabranda direktorlardan pul yığılır

 

Təhsil şöbəsinin müdiri yoxlamanı bəhanə edərək, məktəb rəhbərlərini talayır 

"Xeberinfo.com":  Məlumata görə, Şabran rayonunda fəaliyyət göstərən orta məktəblərdə təhsilin səviyyəsi bərbaddır. Şagirdlərə lazımi səviyyədə təhsil verilmədiyi, orta məktəblərin direktorlarından mütəmadi olaraq pul tələb edilməsi isə təhsilin keyfiyyətinin aşağa düşməsinə gətirib çıxardığı vurğulanır.

JAM.AZ-a daxil olan məlumata görə, artıq Şabran rayonunda təhsil şöbəsinin müdiri Emin Mövsümov yenidən məktəb direktorlarından pul yığmağa başlayıb. İddia edilir ki, Mövsümov bu yığımın səbəbi kimi, rayon təhsil sahəsində aparılan yoxlamaları göstərib. Daha doğrusu, Şabran Təhsil Şöbəsində faktiki olaraq yoxlama aparılır və şöbənin rəhbəri Emin Mövsümov da bunu əsas gətirərək, hər bir məktəb direktorundan 800-1500 manat civarında pul yığdırır. 

Məbləğin bu qədər dəyişməsinə səbəb isə həmin məktəblərin müxtəlif kateqoriyalı olması və şagirdlərinin sayına bağlıdır.

Qeyd edək ki, orta məktəblərdən pul yığılması prosesi təkcə Şabranda deyil, digər rayonlar üçün də xarakterikdir. Lakin sakinlər bildirir ki, Şabran rayonunda belə hallar mütəmadi şəkil aldığından bezdirici vəziyyət yaradıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam