Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Saxta vəsiqəli direktor - FOTO

 

İntiqam Hüseynovun qanunsuz yolla sənədlər əldə etdiyi üzə çıxıb, direktor doğulduğu kənd erməni işğalı altında olmasa da, «qaçqın statusu» ala bilib 

Xeberinfo.com:  Azərbaycanın unikal, tayı, bərabəri olmayan bir olduğuna kimsə şübhə etmir. Son illərin təcrübəsi də göstərdi ki, bizim ölkədə hər şey mümkündür, amma çox şey də qadağandır. İşin ən tərs tərəfi isə məmurlarla bağlıdır. Onların bəzən saxta yollarla məqam sahibi olmaq istəklərinə diqqət yetirdikdə məlum olur ki, durum daha kritik, daha dramatikdir. 

Jam.az xəbər verir ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının rəhbəri İntiqam Hüseynov iki il öncə vəzifə başına gətirilib. Lakin bu günlərdə məlum olub ki, məktəb direktorunun sənədləri nəinki qaydasında deyil, hətta içində yetərli qədər saxtaları da var. 

Həmin saxta sənədlər isə o qədər cəlbedicidir ki, hətta diqqətsiz şəkildə araşdırıldıqda belə açıq şəkildə görünür. Məsələn, 1993-cü ildə ərazisinin xeyli hissəsi işğal altına düşmüş Füzuli rayonunun Mahmudlu kəndində dünyaya göz açan İntiqam Hüseynovun doğulduğu məntəqə faktiki olaraq ermənilərin nəzarətində deyil. Amma işğal altında olmayan kəndin sakini «qaçqın statusu» ala bilib. 

Belə ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru 25.08.2003-cü ildə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən qanunsuz yolla vəsiqəyə sahib olub. Və bu yolla bütün güzəştlərdən yararlanmaqla, hazırda məcburi köçkün kimi ev növbəsinə də dayanıb. 

Xatırladaq ki, İntiqam Hüseynov direktor təyin olunmamışdan əvvəl, sözügedən mərkəzdə filial direktorunun müavini vəzifəsini daşıyıb. 

Məlumata görə, İntiqam Hüseynovun ikinci saxta sənədi isə hazırkı tutduğu vəzifəylə bağlıdır. Belə ki, filial direktoru heç bir zaman boks idman növü ilə məşğul olmadığı halda, əməkdar məşqçi vəsiqəsinə də sahib olub. 14 noyabr 2014-cü ildə isə Gənclər və İdman nazirinin xəbəri olmadığı imzası ilə təsdiq edilmiş saxta vəsiqə əldə edib. Maraqlıdır ki, həmin göstəriciyə görə Təhsil Nazirliyi tərəfindən direktor vəzifəsinə gətirilib. Lakin istər Təhsil Nazirliyi, istərsə də Gənclər və İdaman naziri bu gün də həmin vəsiqədən xəbərsizdir. 

 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam