Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Misir Mərdanov məndən 1,7 milyon alıb” –Sabiq rektorun məhkəməsi

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində çıxarılmış qiyabi həbs hökmündən apellyasiya şikayət verilib.

Yenixeber.org: Abdullayevin müdafiəçiləri ittihamları əsassız olduğunu, təqsirləndirilən şəxsin dindirilmədiyini, onun bu ittihamlara münasibətinin öyrənilmədiyini qeyd edib.

Müdafiəçilər Elşad Abdullayev barəsində qiyabi hökmün ləğv edilməsini, ona bəraət verilməsini məhkəmədən xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar olduğu kimi saxlanılıb.

Maraqlıdır ki, Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb.

Belə ki, Elşad Abdullayev Nəriman Ağayevə Azərbaycan Beynəlxalq Universitetinin idman kompleksinin sökülməməsindən ötrü oradan salınması nəzərdə tutulan Bakı metropoliteninin yeni tikiləcək xəttinin kənardan keçirilməsi və ABU-ya tələbə qəbulu üçün plan yerlərinin alınması məqsədilə 500.000 manat verib. Nəriman Ağayev vəd etdiyi məsələni həll etmədikdə, həmçinin aldığı pulu qaytarmaqdan imtina etdikdə bununla bağlı onların arasında mübahisələr yaranıb. Nəriman Ağayev isə danışıq zamanı Elşaddan evin sənədlərinin düzəldilməsi və həmin evin qarşısındakı torpaq sahəsinin alınması üçün 130.000 ABŞ dolları, tələbə qəbulu üçün əlavə plan yerinin ayrılması məsələsinin guya həll edəcəyi məqsədilə 500.000 manatı götürməsini etiraf edib:

Nəriman: Bunun məsuliyyəti də var.

Elşad Abdullayev: Ə, sən zarafat eləyirsən?! Mən zarafat eləmirəm, mən ciddiyəm bu məsələdə. Nəriman, nə olub sənə, canın pisləşib, nədir?

Nəriman: Qurtarırıq, inşallah.

E.A: Yox e, pullarım hanı?

Bu zaman bir nəfər bir qara rəngli diplomat gətirir və masa üzərinə Elşad Abdullayevin qarşısına qoyur.

E.A: Bunu saymağa ehtiyac var?

Nəriman: Yox.

E.A: Ged denən TQDK-dən planın kopiyasını al, gətir, 250 də verirəm.

Nəriman: Bunlar belə dedilər, onda az verək, mən burdan bir dənə iki dənə, heç kimə verən deyiləm. Bu bir, mən buna cavab verirəm, halım da yoxdur. Danışmışıq.

E.A: Deyirəm, verəcəm sənə, məndən alarsan. Sənə sən öl demirəm, öz canım üçün. Misir (Misir Mərdanov- red) məndən plana görə 1 milyon alıb, 700.000 də keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir.

Qeyd edək ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.(teleqraf.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam