Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ELTON MƏMMƏDOVUN İCRA BAŞÇILARI İLƏ YOL BİZNESİ

 

Hazırki böhran şəraitində buna Vətənə, xalqa, prezidentə xəyanətdən başqa bir ad vermək olmaz

Xeberinfo.com: Sadiq oxucularımız xatırlayarlar: Mediatv.az saytında "Yardımlının yardıma ehtiyacı olan kəndində faydalı qazıntılar" sərlövhəli məqalə təqdim olunmuşdu. Bildirmişdik ki, qeyri-leqal biznes rayonun Tilə kəndini rayon mərkəzindən eləcədə respublikanın digər rayonlarından təcrid edib.

         Xəbər vermişdik ki,  Masallı – Yardımlı şosse yolunun 21-ci kilometrliyindən başlayaraq iritonnajlı yük maşınlarının yük daşıması, qəzalı vəziyyətdə olan Masallı və Yardımlı rayonlarını birləşdirən körpü üçün böyük təhlükə yaradır, torpaq sürüşmələri baş verir, yol nahiyəsi bunca ağır yük maşınları üçün nəzərdə tutulmadığından asfalt örtüyü dağılır, 70-80 minlik vətəndaşlar blokada şəraitinə düşür.

         Vəd etmişdik ki, sözügedən məsələyə “Azəryolservis” ASC-nin rəhbərliyinin,Masallı və Yardımlı rayon İcra Hakimiyyəti orqanlarının bu məsələyə  diqqətini yönəltməyə, həmçinin niyə vergi orqanlarının heç kəsdən gizlənməyən, açıq-aşkar “qara iqtisadiyyat” nümunəsi olan fəaliyyət növündən əldə olunan gəlirləri vergiyə cəlb etmədikləri müəmmasına aydınlıq gətirməyə çalışacağıq.

Çox təəsüflər olsun adı çəkilən rayon rəhbərlərinin eləcədə bu işlərə cavabdeh olan qurumların çox ciddi bir məsələyə laqeyidliyi və ya şəxsi maraqlar çərçivəsində razılıq verməsinə  “ad qoymaq” çox çətindir.

         Dəqiqləşdirməyə müvəffəq olmuşuq ki, sözügedən ərazidən material daşıyan ağırtonnajlı yük maşınları İpək yolunun çəkilişi ilə məşğul olan "AzPo" və "Kolo" şirkətlərinə xidmət edirlər.Mediatv.az-a verilən məlumata görə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı sabiq deputat Elton Məmmədova məxsus olan bu maşınlar Yardımlı - Masallı yolunun asfalt örtüyünü faktiki olaraq dağıdırlar. Məsələ burasındadır ki, layihədə İpək Yolunun çəkilişində istifadə olunacaq materialların məhz karxana statuslu istismarçıdan alınmasının vacibliyi tələb kimi qoyulub. Aşkar görünür ki, podratçılar öz xərclərini azaltmaq, dövlətdən məqsədli şəkildə ayrılan maliyyə vəsaitini mənimsəmək üçün bu "səmərəli" üsula əl atıblar, bir tərəfdən tikir, digər tərəfdən sökürlər. Gəlin razılaşaq ki, hazırki böhran şəraitində buna Vətənə, xalqa, prezidentə xəyanətdən başqa bir ad vermək olmaz. Maraqlıdır ki, artıq Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılmış "Azəryolservis" QSC-nin rəhbərliyinin məsələyə münasibəti necə olacaq.

 

 Mövzuya qayıdacağıq.   

Mediatv.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam