Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Adnan Əhmədzadənin dəhşətli səhvi – Ən yaxın adamı qaçıb gizlənib -FOTOLAR

 Adnan Əhmədzadənin dəhşətli səhvi – Ən yaxın adamı qaçıb gizlənib - FOTO

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin qalmaqallı işi ilə bağlı yeni detallar üzə çıxıb.
Yenixeber.org: Səs-küylü cinayət işində gözə dəyməyən fiqur, Əhmədzadənin xalası oğlu Kamran Ağayevlə bağlı bəzi məlumat əldə etmişik.
Kamran Firudin oğlu Ağayev 1977-ci ildə anadan olub. O, neftçilər arasında “Mamonya” ləqəbi ilə tanınır.
Məlumatlı mənbələr bildirir ki, Adnan Əhmədzadə Kamran Ağayevə hədsiz inanıb. Elə bu səbəbdən hazırda həbsdə olan Əhmədzadə bütün var-dövlətini və daşınmaz əmlakını ona etibar edib. Bunun isə Əhmədzadə üçün dəhşətli səhv olduğu bildirilir. Kamran Ağayevin harada olduğu sualına gəlincə, onun hazırda Moskvada gizləndiyi deyilir.


            Kamran Ağayev 

Rusiya neftininin qanunsuz satışında ittiham olunan, Maltada yerləşən “Alkagesta”nın sahibi də məhz Kamran Ağayevdir. Şirkətin icraçı direktoru isə Orxan Rüstəmovdur.


                 Orxan Rüstəmov 
Qeyd edək ki, “Alkagesta” eyni zamanda sanksiya altında olan Liviya neftinin də satışını həyata keçirib. Söhbət Liviyada üsyançı komandir Xəlifə Haftarın nəzarəti altında olan Benqazidə hasil edilən neftin ticarətindən gedir. 2023-cü ilin yanvarından 2024-cü ilin avqustuna qədər – 42 tanker ümumi dedveyti 1,4 milyon ton olan köhnə Benqazi limanına 200-ə yaxın reys həyata keçirilib. (Teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam