Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

KTN-də Politoloq nazir müavini postunda:Cəmiyyət hələ də ixtisaslı kadr gözləyir

 
Ölkənin idarəetmə sistemində ən ciddi problemlərdən biri qeyri-peşəkar məmurların dövlət qurumlarında məsul vəzifələrə gətirilməsidir. Bu cür təyinatlar həm vətəndaşların gündəlik həyatına mənfi təsir göstərir, həm də dövlətin institusional etibarını zədələyir.
Yenixeber.org: Apardığımız araşdırmalar göstərir ki, bəzi qurumlarda vəzifə səlahiyyətlərinin icrası bilik yox, şəxsi əlaqələr əsasında formalaşır.Şəxsi əlaqələr əsasında mühüm post tutanlar Kənd Təsərrüfatı nazirliyində kifayət qədərdir.
 

Sarvan Cəfərov 1985-ci il 28 oktyabrda anadan olub.2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb.2008-2010-ci illər Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.2009-2012-ci illər (magistratura təhsilini tamamlamamış) Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib. 2012-2018-ci illər  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.2015-2017-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.Burdan bir sual çıxır:2012-2018-ci illər  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində çalışdığı halda 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsilini necə alıb?
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.Eyni zamandda 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan(özü nazir müavini olduğu nazirliyin) Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub və alim olmaq "eşqinə düşüb".Görəsən Sarvan Cəfərov elmi işini tamalaya bildimi? Çox maraqlı bir haldır.

Araşdırmamız davam edir..
Qarşı tərəfin cavab haqqını tanıyırıq
   Mediatv.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam