Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı -“53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”
Qeyd edək ki, sabiq icra başçısı Rauf Həbibovun adı son vaxtlar bir neçə qalmaqallı məsələ ilə gündəmə gəlib. Lakin bu dəfə söhbət onun yeni əməllərindən gedir.
Yenixeber.org: Redaksiyamıza müraciət edən Quliyev Ruslan Əvəz oğlu bildirir ki, bir müddət əvvəl Rauf Həbibovun sifarişi ilə Buzovna–Mərdəkan yolunda yerləşən fitness salonunun elektrik işlərini icra edib. Razılaşdırılmış işləri vaxtında və keyfiyyətlə təhvil verməsinə baxmayaraq, ona çatmalı olan 53 min manat məbləğində ödəniş bu günə qədər həyata keçirilməyib.
Ruslan Quliyevin sözlərinə görə, Rauf Həbibov ödəməni bilərəkdən gecikdirir və müxtəlif bəhanələrlə məsuliyyətdən yayınır:
“İşi tam başa vurub təhvil verdim. Amma aylar keçməsinə baxmayaraq, pulu köçürmədilər. Zəng edib soruşanda isə Rauf müəllim dedi ki, guya işi keyfiyyətsiz görmüşəm və yenidən 30-40 min manat xərcləyib təmir etdirib. Mən soruşuram: hansı mütəxəssis gəlib baxıb? Niyə məni həmin yoxlamaya dəvət etməyiblər? Mənim icra etdiyim işin keyfiyyətsiz olduğunu sübut edən heç bir sənəd yoxdur.”
Şikayətçi əlavə edir ki, Rauf Həbibov vəkili vasitəsilə onu məhkəməyə verməklə hədələyib və guya görülən işlərdə zərər olduğunu iddia edir:
“Əksinə, mən zərərçəkmişəm. Fəhlələrin, materialların pulu mənim boynumda qalıb. O isə həm 53 min manatımı vermir, həm də vəkili vasitəsilə məni məhkəməyə verməklə hədələyir.”
Məlumata görə, Rauf Həbibov həyat yoldaşı üçün inşa etdirdiyi SPA mərkəzinin elektrik işlərinə ümumilikdə 127 min manat vəsait sərf edib. Həmin məbləğin 53 min manatı isə Ruslan Quliyevə çatmalı olub.
Milyonluq əmlaklar və cavabsız suallar
Şikayətçinin qeyd etdiyi ünvana Buzovna–Mərdəkan yolundakı tikiliyə baş çəkdiyimizdə doğrudan da əhəmiyyətli ölçüdə, əzəmətli bir bina ilə rastlaşdıq.
Vaxtilə icra başçısı vəzifəsində çalışmış bir şəxsin dövlət qulluqçusu maaşı ilə bu cür böyük biznes mərkəzi və villalar inşa etdirməsi ciddi suallar doğurur.
Araşdırma zamanı məlum oldu ki, SPA mərkəzinin yaxınlığında Rauf Həbibova məxsus olduğu deyilən 5 villa da mövcuddur. Bu villaların hər birinin yüzminlərlə manat dəyərində olduğu vizual olaraq da hiss olunur.
Beləliklə, sual yaranır: Sabiq icra başçısının bu qədər bahalı əmlakı hansı gəlirlə əldə olunub?
Qeyd edək ki, Həbibovun oğlu hazırda SOCAR-da çalışır. Bu halda, rəsmi gəlirlərlə milyonluq əmlaklara sahib olmaq real görünmür.
Hazırda Rauf Həbibovun fəaliyyəti və ona qarşı səsləndirilən ittihamlarla bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin Rauf Həbibovun mövqeyini dərc etməyə hazırıq.
BakuNews.az

AZ
RU