Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Ramiz Zeynalovun yaxın ətrafının biznes şəbəkəsi... -Dubaydan Londonadək...


Respublika “QAİ”sinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov Dubayda ümumi dəyəri 620 min manat olan iki mənzilini yeli əmlak satışı platformasında satışa çıxarıb. Dubayın əmlak portalı https://www.propertyfinder.ae saytında yerləşdirilmiş elana görə mənzillərdən biri Əzizi Riverada yerləşir və dəyəri 700.000 dirhəm, yəni təxminən 324 min manatdır. İkinci mənzil isə Xalianın (Dubay) 18-ci rayonunda yerləşir, qiyməti 640 min BƏƏ dirhəmi, yəni 296 min manatdır.
Yenixeber.org: Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli FB səhifəsində yazıb:
 Mənzillər Aqil Zeynalovun Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş ZEYNALOVS REAL ESTATE L.L.C (Zeynalovlar Daşınmaz Əmlak MMC) şirkəti tərəfindən satışa təqdim edilib. Daşınmaz əmlak bazarında 5 ildən bəridir ki, fəaliyyət göstərən şirkətin özünün internet səhifəsində (https://www.zeynalovsrealestate.com/) isə daha bir neçə mənzil satış və ya kirayə məqsədilə təklif olunur.
Daşınmaz əmlak şirkətinin ofisi Dubayın Bay meydanındakı Bay Business binasında yerləşir.
Aqil Zeynalovun adı Azərbaycanda “YükTaksisi.Az” və “Evakuator.Az” şirkətinin rəhbəri, “Evakuasiya.az” MMC-nin qanuni təmsilçisi olaraq da çəkilir.
Generalın qardaşı oğlunun 2 il əvvəl İngiltərədə ortaqlıq əsasında qeydiyyatdan keçirdiyi VERSATILE BUSINESS VENTURES LTD isə bu ilin yanvarında fəaliyyətini dayandırıb. Şirkət proqram təminatı və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. Onun şəriki Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının sabiq rəis müavini Xosrov Nəcəfovun oğludur. Cəfər Nəcəfov 50-dən çox mobil oyun və tətbiqin müəllifidir. Zeynalovla Nəcəfovun daha bir ortaqlığı NEXTOOL layihəsinə bağlı şirkətdə təmin olunub. Nextool layihəsi hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən kataloqa malikdir. Ortaqlar hazırda NEXTOOL süni intellekt alətləri platformasını genişləndirmək üçün 1 milyon dollar vəsait toplayır. Cəfər Nəcəfov 2010-cu ildə ABŞ-da, San Fransiskoda onlayn ticarət platforması kimi JOOPZY LLC-ni təsis edib, 2017-ci ildə onu Gürcüstanda da qeydiyyatdan keçirib.
Azərbaycanda evakuator, Dubayda əmlak, İngiltərədə süni intellekt biznesi ilə məşğul olan Aqil Zeynalov Polşa paytaxtında yükdaşıma xidməti ilə də məşğuldur. 166 CARGO AND LOGİSTİCS Sp. Z O.O. 2023-cü il mayın 11-də qeydiyyatdan keçib və aktiv statusa malikdir. Fəaliyyət sferasına yükdaşıma ilə yanaşı anbar, lizinq və icarə xidmətləri də daxildir. 2023-cü il maliyyə hesabatında göstərilir ki, şirkətin balansında olan nəqliyyat vasitələrinin dəyəri 457.915,71 zloti (124 min dollar) təşkil edir.
İndi isə Avropadan Asiyaya keçid edək. Zeynalovun investor kimi çıxış etdiyi ölkələrdən biri də Özbəkistandır. 2024-cü ildə Zeynalov Daşkənddə 100 milyonluq nizamnamə kapitalı ilə “AZ PAK” MAS’ULIYATI CHEKLANGAN JAMIYAT-ini (AZ-PAK MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ) qeydiyyatdan keçirib. Təbii ki, Özbəkistan somu valyutası ilə. Bu cəmi 8239 dollar təşkil edir. Şirkətin rəsmi təsisçisi 100 faiz payla Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov, direktoru isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının keçmiş komandir müavini polkovnik XOSROV ADİL OĞLU NƏCƏFOVdur. Xosrov Nəcəfov xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam