Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Sınıq Körpü"dən şikayət: "Dövlət məmuru bizimlə "reket" kimi danışır"

 

Bu həftə Qazax rayonu ərazisində yerləşən «Sınıq Körpü» («Qırmızı körpü») keçid məntəqəsində Qarabağ veteranları ilə gömrük əməkdaşları arasında mübahisə baş verib. Mübahisənin gömrük rüsumundan yarandığı deyilir.

Xeberinfo.com:    1-ci qrup əlil Vaqif Xanbabayevdeyir ki, gömrük rüsumunun məbləği barədə onlara sənədverilməyib.Onlar Gürcüstan respublikasından Azərbaycana meyvə gətirirmişlər.Yaranan mübahisəli vəziyyətdən sonra gömrük işçiləri polisə müraciyət edib. Qarabağ əlilləri polisə aparılıb ifadələri alınıb:

«Məmurlar heç kimi saymırlar,…»

«Bizə rəsmi sənəd təqdim etmirlər ki, gömrük rüsumu nə qədərdir. Deyirlər ki, 650 dollar verin, keçin. Məmurlar heç kimi saymırlar, heç prezidenti də saymırlar, Gedin kimə istəyirsiniz deyin, – deyirlər. 9 nəfər Qarabağ qazisini cinayətkar kimi polis maşınına zorla mindirib polis şöbəsinə gətirirlər. Neynəmişik biz?»

2-ci qrup əlil Maksim Kazımov isə deyir ki, onlar ailələrini məhz bu xırda ticarətlə dolandırırlar:

«Dövlət məmuru bizimlə «reket» kimi danışır».

«Biz illərdir ailəmizi alverlə dolandırırıq. Birimizin ayağı, birimizin qolu yoxdur, Fəhlə işləyə bilmirik ki, gedib ailəmizi saxlayaq. Amma təəssüflər olsun ki, bizi gömrük məntəqəsində çox incidirlər. Qanuni rüsum tələb edəndə isə deyirlər ki, 650 dollardır rüsum, ödəyin keçin. Dövlət məmuru bizimlə “reket” kimi danışır».

Qarabağ əlillərinin ifadəsi alınandan sonrasərbəst buraxılıblar. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam