Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sahibkarlar Gömrük Komitəsi qarşısında aksiya keçirdi

 


   Dövlət rüsumunu bir günə 20 dəfə qaldıran monopolist kimdir?

 

"Xeberinfo.com": 50-ə yaxın sahibkar iyulun 24-də Dövlət Gömrük Komitəsinin qarşısında etiraz aksiyası keçirdilər. Onlar gömrük rüsumlarının qaldırılmasının əleyhinədirlər. Bakının müxtəlif ticarət mərkəzlərində mobil telefon aksesuarlarını Çindən, Dubaydan gətirən sahibkarların dediyinə görə, onlardan hər məhsul üçün 1-120 dollar arasında gömrük rüsumu tələb edirlər.

 

Hər aksesuara görə, ən azı 10 manat gömrük rüsumu tələb olunur

 

Narazılıqlarını bildirmək üçün Bakı Şəhər Baş Gömrük İdarəsində olan sahibkarları heç kim dinləmədiyinə görə, onlar Dövlət Gömrük Komitəsinə üz tutublar. Komitənin qarşısına toplaşan ticarətçiləri əsas girişə buraxmayan məsul işçilər onları qəbul otağına istiqamətləndirdilər. Deyilən yerə gələn satıcıların jurnalistlərlə əhatələndiyini görən işçilər media nümayəndələrini qəbul otağında olmasına etiraz etdilər: “Bir-bir hamınızı qəbul edib probleminizlə maraqlanacaqlar. İçəridə çəkiliş aparılsa siz də çıxarılacaqsız”.

Jurnalistlər kənara çəkiləndən sonra bir neçə nəfəri nümayəndə seçib qəbula apardılar.

Sahibkarlar deyirlər ki, onlar əvvəlki qayda da işləmək istəyirlər. Gömrük rüsumundan və karqo qiymətlərinin qaldırılmasına razı olmayan ticarətçilərin dediyinə görə, süni artım heç kəsə sərf etmir.

“Biz təkcə özümüzü yox, alıcıları da nəzərə alırıq. Qiymətlər çox şişirdilib. Əgər telefon üçün enerji yığanı 5 manata satırdıqsa, bundan sonra 50 manat olacaq. Bunu kim alar? İstəyirik ki, əvvəlki qayda da işləyək”, - deyə sahibkarlar etirazlarını bildirirlər.

Satıcılar deyir ki, yeni tətbiq olunan sistem işləyərsə onlar 4-5 qəpik qazanc əldə etdikləri hər məhsula görə, ən azı 10 manat gömrük rüsumu verməlidirlər.

 

“Dubaydan 10 min dollarlıq məhsul alırsasn səndən 100-110 min əlavə haqq istəyirlər”

 

“İstəyirlər mobil telefon aksessuarları sahəsində də monopoliya yaratsınlar. Karqodan məhsullarını çıxartmaq istəyənlərə deyilib ki, bundan sonra sahəni inhisara alan şəxslərlə işləyən.Açıq-aydın dedilər ki, Dubaydan, Çindən mal gətimrəyin. Bizə bir neçə nəfərin adını çəkdilər. Zəfər, Qoşqar adlı adamlar işə cəlb olunub. Adını bilmədiyiniz monopolistin rəsmi nümayəndəsi isə Zakir adlı şəxsdi”, - deyə etirazçılar qeyd edirlər.

Sahibkarlar gətirdikləri aksesuarların funksiyasına, qiymətinə və modelinə görə ödədikləri rüsum haqqına bundan sonra 1-120 dollar arasında pul verməlidirlər: “Əvvəl bəzi məhsulun 1 kiloqramına 2 dollar verirdiksə, indi ədədinə 120 dollara gömrük rüsumu verməliyik. Kimsə borc-xərc içində 10 min dollarla Dubaya gedib məhsul alır, ondan 100-110 min dollar əlavə haqq istəyirlər. Məqsədləri odur ki, daha mal almağa getməyək, gedək onlardan alaq. Bu isə bizə sərf etmir. Seçki vaxtı deyirlər ki, gedin prezidentə səs verin. Bizdə İlham Əliyevə səs veririk ki, ağ günə çıxaq. Ancaq bunlar zülm edirlər. Kimsə müftə pul qazanmaq istəyir, biz əziyyət çəkməliyik? Deyirlər ki, kimə istəyirsiz şikayət edin. Problemimiz həll olunmasa Prezident Administrasiyasına gedəcəyik, Mehriban Əliyevaya şikayət edəcəyik. Azərbaycanın hər bölgəsindən sahibkarlar Dubaya gedib telefon aksesuarlarını alırlar. Yüzlərlə adam bununla dolanır. Bu sahəni inhisara alsalar nə olacaq? Ya oğurluq, ya da ölkəni tərk etməliyik”.

 

Ticarətçilərə vəd verildi

 

Qəbulda olan sahibkarlara bildirilib ki, problemləri həll olunacaq. Onlara deyilib ki, avqust ayının 4-ə qədər məsələ araşdırılacaq: “Ümid edirik ki, biz əvvəlki qayda da gömrük rüsumunu ödəcəyik. Bundan öncədə problem yaradılmışdı. Qısa müddətə həll edildi. İstərdik ki, məsələyə birdəfəlik son qoyulsun”.

 

 

Ramin DEKO


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam