Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Qubada "Xınalıq" restoranının sahibinə təzyiq edilir? -Rəsmi cavab

Quba rayonunda sahibkarlıqla məşğul olan Könül Vəliyeva Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təzyiqə məruz qaldığını iddia edir. 

Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb. 

K.Vəliyevanin sözlərinə görə, atasının 30 ilə yaxındır işlətdiyi restoranı əsassız şəkildə sökmək istəyirlər: “Restoranın qanuni sahibi olan atam Əli Vəliyev üçüncü dərəcəli insult keçirib. Xəstəliyinə görə hazırda idarəçiliyə mən və bacım baxırıq. Buna baxmayaraq aylardır basqılara məruz qalırıq”. 

Sahibkar iddia edir ki, Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri heç bir hüquqi əsas və səlahiyyət olmadan restorana müdaxilələr edir, obyektin sökülməsinə və ailənin onun üzərindəki nəzarətinin əlindən alınmasına çalışırlar: “Obyektə daxil olaraq hədə-qorxu gəlirlər. Əsas məqsədləri Ekologiya Nazirliyi və Meşə Təsərrüfatı İdarəsinin razılığı əsasında inşa olunmuş yüngül konstruksiyalı tikintini sökməkdir. Bununla yanaşı, Yerli Meşə İdarəsinə təzyiq göstərilərək restoranla bağlanmış qanuni müqavilənin ləğvi tələb olunub”.

sahibkara-tezyiq-edilir

İddilarla bağlı Quba Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Quba rayonunun “Qəçrəş yolu” ərazisində (meşə massivində) (Xınalıq restoranı) Vəliyev Əli Əmir oğlu və onun qızları tərəfindən dövlət mülkiyyətində olan meşə fonduna aid torpaq sahəsində ərazi hasarlanaraq özbaşına tikinti və quraşdırma işləri aparıldığı müəyyən olunub: “Həmin şəxslərə qeyd olunan qanunsuz əməllərin dayandırılması barədə xəbərdarlıqlar edilsə də, hər hansı nəticəsi olmayıb. Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 19 iyun 2025-ci il tarixdə çıxarılmış “Tikinti işlərinin dayandırılması barədə” 0461 nömrəli qərara da Vəliyev Əli Əmir oğlu tərəfindən məhəl qoyulmadan, (ora vurulmuş qadağan lentlərini qırararaq) özbaşına işlər davam etdirilir.

Vətəndaşla Meşələrin İnkişafı Xidməti arasında bağlanmış 09.07.2024-cü il tarixli, 07 saylı müqavilənin 2.2 bəndində qeyd olunub ki, həmin ərazidə aparılacaq işlərin layihəsi aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq edilməlidir.

Lakin icarədar ərazidə aparılan tikinti-quraşdırma işləri barədə Rayon İcra Hakimiyyətinə heç bir layihə təqdim etməyib və bu barədə məlumat verilməyib.

Vətəndaş iddia edir ki, həmin tikililər yüngül konstruksiyadır. Halbuki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsində qeyd olunub ki, müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili hesab olunur. Onların meşə ərazisində apardıqları inşaat işləri müvəqqəti tikili kateqoriyasına uyğun deyil”.

Açıqlamada 2024 və 2025-ci illərdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin İnzibati qərarları ilə sahibkarın İXM-nin 244.2-ci maddəsi ilə cərimə olunduğu da qeyd edilib: “Həmin iş materiallarında da görünür ki, Əli Vəliyev törətdiyi qanunsuz əməli etiraf edib və meşə təsərrüfatına ziyan vurduğunu izahatında bildirib.

Rayon İcra Hakimiyyəti bu hallarda “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci bəndinin tələblərinə uyğun hərəkət edir.  Belə ki, özbaşına işlərin dayandırılması onu edən şəxslərə tövsiyə olunur, həmçinin tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılır və digər tədbirlər həyata keçirir.

Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.7.10-cu bəndinə əsasən müvafiq ərazidə ətraf mühitin mühafizəsini təşkil etmək, hüquqi və fiziki şəxslərin hərəkətləri nəticəsində ətraf mühitə vurulan ziyanın qarşısının alınması üçün tədbirlər görmək Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir”.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam