Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Anar Quliyevin nəzərinə: Masazırda sənədsiz evləri “KH İnşaat“ adlı şirkət tikir -FOTOLAR

media-700
Abşeron icra hakimiyyəti ilə “anlaşan” maklerlər Dövlət Şəhərsalma və Arxektura Komitəsini saymırlar 
Yenixeber.org: Abşeron rayon Masazır qəsəbəsində  kreditlə satılan və vətəndaşlar üçün sərfəli qiymətə olan evlərin yalnız torpaq sənədinin olması barədə məlumat vermişdik. Belə ki, ev satışı ilə məşğul olan maklerlər Abşeron rayon icra hakimiyyəti ilə anlaşaraq, heç bir rəsmi icazə olmadan evlərin tikintisini rahat şəkildə aparırlar.
media-22
 Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində (569 cu marşurutun sonuncu dayancağı) sənədi olmayan evlərin tikintsi və satışı ilə “KH İnşaat” adlı şirkət məşğul olur. İnternet resurslarında aparığımız axtarışda “KH İnşaat” adlı şirkət barədə heç bir məlumata rast gəlmədik.
media-23
Qeyd edək ki, Tik Tok sosial platformasında “Kreditlə həyət evləri” səhifəsi gündəlik canlı açaraq vətəndaşlara sərfəli qiymətlərlə kreditə ev təklif edilir. Səhifədə açıq şəkildə bildirilir ki, evlərin sənədi yoxdur, yalnız torpağın çıxarışı var. Bu isə o anlama gəlir ki, hazırda Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərin tikintisi üçün aidiyyatı qurum olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir rəsmi icazəsi yoxdur.
Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.
Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərlə bağlı heç bir məlumat yoxdur.
media-25
Məlumata görə tikinti işlərini davam etdirən “KH İnşaat” adlı şirkət Abşeron icra hakimiyyəti ilə “anlaşdığı” üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsini saymır.
media-27
Hətta Dövlət Şəhərsalma və Arxektura Komitəsininin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçiləri ərazidən keçsələr də aparılan tikintiləri “görməməzliyə” vururlar. İddialar görə  “KH İnşaat” adlı şirkət hər iki qurumun Abşeron rayonuna nəzarət etdiyi işçilərini ələ alıb.(azfakt.com)
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
media-28
media-30media-29
media-31
media-32

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam