Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-FOTOLAR+VİDEO

media-ppp

Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

Yenixeber.org: Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

media-028

Baş Prokurorluğun məlumatı görə vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Nərimanov rayon məhkəmələrinə göndərilib.

media-009

Qeyd edək ki, son illərdə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir. Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.

Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kubmetr, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.

Şəki və Oğuz rayonları ərazisində yerləşən Əlicançay su anbarının tikintisini “Körpü-Bina-Tikinti” MMC şirkəti həyata keçirir.

media-008
Əldə etdiyimiz məlumata görə Oğuz rayonu ərazisində yerləşən Daşağıl çayının yatağından qanunsuz daşınmalar həyata keçirən şirkətlərdən biri də “Körpü-Bina-Tikinti” MMC-dir.  Belə ki, “Körpü-Bina-Tikinti” MMC şirkəti Əlicançay su anbarının tikintsini üçün tərəfindən istifadə edilən qarışıq suxur xammalını Daşağıl çayının yatağından daşıyır.

media-007
Ərazidə apardığımız çəkiliş zamanı Daşağıl çayının sahilində ağır tonnajı avtomobillərin hərəkət etdiyini gördük. Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-yə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, “bu bizim maşınlar deyil, bizim daşıdığımız yer deyil, ora vaqon qoyublar, oda bizim deyil. Bu tamam başqa adamlardı”.

media-006
“Körpü-Bina-Tikinti” MMC-dən elektron poçtumuza göndərdilən açıqlamada şirkətin Daşağıl çayının sahilindən qarışıq suxur xammalını daşıdıqlarını etiraf edirlər.  Lakin bu onların texnikası olmamasını bildirirlər.

Araşdırmalar zamanı vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib.

Ancaq “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə edən müəyyən edən vəzifəli şəxs S.Mirzəməmmədovun kim olması, hansı şirkətin işçisi olması açıqlanmır.

media-cavidd

Qeyd edək ki, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovdur.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.(xalq.az)

media-004media-005media-006media-007media-009media-010media-028media-0101




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam