Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Heydər Əliyevə sayğısızlıq edən icra başçısı haqda şok iddialar: fərarilik, hümbətovçuluq və… –VİDEO

Yenixeber.org: Goranboy rayonunda Heydər Əliyev Mərkəzinin binası rəsmən çökür. Heydər Əliyev Mərkəzinin binası qəzalı vəziyyətdə olsa da fəaliyyətini davam etdirir və bura həm də muzey kimi fəaliyyət göstərdiyindən əsasən məktəblilər ziyarətə gətirilir. Bu isə açıq aşkar ziyarətçilərin həyatının risqə atılması deməkdir. Alfa.TV-nin yaydığı görüntülərdən də aydın olur ki, binanın inşası zamanı əməlli-başlı yeyintiyə yol verilib. Hər halda, bina qədim tikli deyil və binanın inşası yaxın keçmişə aiddir. Bu işdə birbaşa məsuliyyət daşıyan Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin adı mətbuatın gündəmindən düşmək bilmir.

Bununla bağlı Alfa. TV bildirir ki, dəfələrlə tənqid hədəfinə çevrilən məmurun keçmişi ilə bağlı olduqca ilginc bir iddia gündəmə gəlib. Yayılan məlumatlardan belə başa düşmək olar ki, Məhərrəm Quliyevin haqqındakı yeni iddia onun 1993-cü illərdə “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulması ilə bağlıdır. 55 yaşlı icra başçısının vikeprdiya məlumatının bəzi müəmmalı məqamları var ki, bunlardan biri də şübhəli 1993-cü il dövrüdür. Ölkə mediasında dərc olunan və rəsmən təkzib olunmayan iddialara görə “Məhərrəm Quliyev həmin dönəmlərdə qondarma “Talış Muğan Respublikası” yaratmış Əlikram Hümbətova qoşularaq onun təbliğatçılarından olub. Hətta onun Lənkəranda gənclər arasında Əlikram Hümbətovun “ideyaları”nı aktiv şəkildə yayanlardan biri olduğu da deyilir.” icra başçısının avtobioqrafiyasını tutuşdurduqda bunun mümkün ola biləcəyi ehtimalı yaranır. Məhərrəm Quliyev 1988-1993-cü illərdə Lənkərandakı “Avrora” sovxozunda aqronom kimi çalışıb. Elə bioqrafiyada “qırılma nöqtəsi” də oradadır. Çünki Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil.
Digər bir iddiaya görə, Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayıran zaman Əlikram Hümbətov Cənub bölgəsindən olan bütün nüfuzlu insanları və ağsaqqaları bir araya gətirmişdi. Bunların arasında böyük nüfuza malik olan Göranboyun bu günki icra başçısı Məhərrəm Quliyevin atası Böyükağa kişi də olub. Bunula bağlı ölkə mediasinda yayılan məlumatlara istinadən bildirir ki, Novruz Novruzov Masallı rayon sovetinin sədri olan vaxt Əlikram Hümbətov ona Böyükağa Quliyevin vasitəsi ilə ismarıclar göndərirmiş ki, rayon deputatlarını yığsın və Azərbaycandan ayrılmaq barədə qərar çıxarsın. Novruz müəllim Böyükağa Quliyevə cəsarətlə bildirmişdi ki, mən o qərara qol çəkə bilmərəm. Mənim bir Vətənim var, o da Azərbaycandır. Novruz Novruzov Böyükağa Quliyevə deyib ki, məni tikə-tikə doğrasalar da Hümbətovun tələbini yerinə yetirməyəcəyəm.
Maraqlıdır ki, əgər Məhərrəm Quliyevin Əlikram Hümbətovun adamı olduğu təsdiqlənərsə, bu təkcə onun aqibətini deyil, həm də onu bu qədər irəli çəkmiş və zamin dayanmış şəxslərin də ciddi probleminə çevriləcək. Əlimizdə konkret faktlar olmadığına görə, Məhərrəm Quliyevin bir vaxtlar Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsa, pis olmazdı. Yeri gəlmişkən 44 günlük Vətən müharibəsində Məhərrəm Quliyevin oğlu Nazim Quluzadənin Bakı şəhərindəki “elit hərbi hissədə” xidmət keçməsi haqda da iddialara rəsmi münasibət bildirilməyib.(cumhuriyyet.net)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam