Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Goranboy icra başçısının müəmmalı həyat yolu:Çox şey çıxa...

 

           

Yenixeber.org: Goranboy cra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyevin adı mətbuatın gündəmindən düşmək bilmir. Dəfələrlə tənqid hədəfinə çevrilən məmur növbəti dəfə ittihamlara tuş gəlib. Belə ki, icra başçısının keçmişi ilə bağlı olduqca ilginc bir iddia gündəmə gəlib. Yayılan məlumatlardan belə başa düşmək olar ki, Məhərrəm Quliyevin haqqındakı yeni iddia onun 1993-cü illərdə “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulması ilə bağlıdır. Bu iddialara keçməzdən öncə cumhuriyyet.az olaraq M.Quliyevin Rəsmi tərcümeyi-halı haqda məlumatı təqdim edək: “Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur. 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
Ailəlidir. 2 övladı var”. 52 yaşlı icra başçısının vikeprdiya məlumatının bəzi müəmmalı məqamları var ki, bunlardan biri də
Şübhəli 1993-cü il
Dövrüdür. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı M.Quliyevlə bağlı ilginc iddialara rast gəldik. Ölkə mediasında dərc olunan və rəsmən təkzib olunmayan həmin iddialara görə “Məhərrəm Quliyev həmin dönəmlərdə qondarma “Talış Muğan Respublikası” yaratmış Əlikram Hümbətova qoşularaq onun təbliğatçılarından olub. Hətta onun Lənkəranda gənclər arasında Əlikram Hümbətovun “ideyaları”nı aktiv şəkildə yayanlardan biri olduğu da deyilir.” icra başçısının avtobioqrafiyasını tutuşdurduqda bunun mümkün ola biləcəyi ehtimalı yaranır. Məsələn, 1968-ci il təvəllüdlü Məhərrəm Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sonra Lənkərandakı “Avrora” sovxozunda aqronom kimi çalışıb. Və bu proses də 1988-1993-cü illəri əhatə edib. Elə bioqrafiyada “qırılma nöqtəsi” də oradadır. Çünki Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil.
Digər bir iddiaya görə, Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayıran zaman Əlikram Hümbətov Cənub bölgəsindən olan bütün nüfuzlu insanları və ağsaqqaları bir araya gətirmişdi. Bunların arasında böyük nüfuza malik olan Göranboyun bu günki icra başçısı
Məhərrəm Quliyevin atası Böyükağa kişi
Də olub. Bunula bağlı cumhuriyyet.az ölkə mediasinda yayılan məlumatlara istinadən bildirir ki, Novruz Novruzov Masallı rayon sovetinin sədri olan vaxt Ə.Hümbətov ona Böyükağa Quliyevin vasitəsi ilə ismarıclar göndərirmiş ki, rayon deputatlarını yığsın və Azərbaycandan ayrılmaq barədə qərar çıxarsın. Novruz müəllim Böyükağa Quliyevə cəsarətlə bildirmişdi ki, mən o qərara qol çəkə bilmərəm. Mənim bir Vətənim var, o da Azərbaycandır. Novruz Novruzov Böyükağa Quliyevə deyib ki, məni tikə-tikə doğrasalar da Ə.Hümbətovun tələbini yerinə yetirməyəcəyəm.
Susqunluq
İşin ən ilginc tərəfi də isə odur ki, Məhərrəm Quliyev bir müddət sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində mütəxəssis və müdir işləyib. Ardından 2003-cü ildən isə Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. Maraqlıdır ki, əgər Məhərrəm Quliyevin Əlikram Hümbətovun adamı olduğu təsdiqlənərsə, bu təkcə onun aqibətini deyil, həm də onu bu qədər irəli çəkmiş və zamin dayanmış şəxslərin də ciddi probleminə çevriləcək. Əlimizdə konkret faktlar olmadığına görə, Məhərrəm Quliyevin bir vaxtlar Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsa, pis olmazdı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam