Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Naftalan Şəhər İcra Hakimiyyətinin "YOLA" DÜZÜLƏN PULLARI… -İLGİNC FAKTLAR

Naftalanın icra başçısı Vüqar Novruzovun 2 ili tamam oldu... -

Naftalan Şəhər İcra Hakimiyyəti (tərkibindəki müəssisə və idarələr daxil olmaqla) elan etdiyi tenderlə və bağladığı müqavilələrlə pul "paylamaqdan" usanmır. Belə ki, icra orqanı təkcə 2023-cü ildə 1 milyon manatdan çox tender müqavilələri imzalayıb və köçürmələr edib.

Yenixeber.org: Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun izni və nəzarəti ilə həyata keçirilən tender müqavilələrinin siyahısını təqdim edirik.

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi - "CONSTRUCTION BUSINESS GROUP" MMC - "Naftalan şəhəri Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərində kənddaxili yolların əsaslı təmir işlərinin satın alınması" - Məbləğ 339.715,03 AZN

Naftalan şəhər İcra Hakimiyyəti - "CONSTRUCTION BUSINESS GROUP" MMC - "Naftalan şəhərinin küçə və parklarında əsaslı təmir işlərinin satınalınması" - Məbləğ 383.564,04 AZN

Bildirək ki, nizamnamə kapitalı 1120 AZN olan "CONSTRUCTION BUSINESS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Yusif Axundov Səfa oğludur.

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi - "CONSTRUCTION BUSINESS GROUP" MMC - "Naftalan şəhəri, İslam Həsənzadə küçəsində yerləşən 31 nömrəli 6 bloklu yaşayış binası və 26 nömrəli 7 bloklu yaşayış binasının əsaslı təmir işlərinin satın alınması" - Məbləğ 89.347,44 AZN

Naftalan İcra Hakimiyyətinin tabeliyində olan Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi - "LEADS GROUP SUPPLY" MMC - Təsərrüfatda istifadə olunacaq mal-materiallarının satın alınması - Məbləğ 138.889,94 AZN

Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.

Naftalan İcra Hakimiyyətinin tabeliyində olan Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi - "BELESTREFTA LL" Məhdud Məsuliyyətli Cəmiyyəti - Təsərrüfatda istifadə olunacaq mal-materiallarının satın alınması - Məbləğ 120.355,33 AZN.

Bildirək ki, tenderin qalibi olan " "BELESTREFTA LL" MMC-nin qanuni təmsilçisi MƏHƏRRƏM QƏNBƏROV FƏRHAD OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 10 AZN-dir.("Hurriyyet")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam