Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirlik Əli Həsənova bağlı şirkətlə 115 min manatlıq müqavilə imzaladı –MÜƏMMALI TENDER


Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) olub.
Yenixeber.org: “Azərmətbuatyayımı” ASC Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinə 55 000 ədəd, Şirvan-Salyan Regional Təhsil İdarəsinə isə 60 000 ədəd “Azərbaycan Müəllimi” qəzeti satacaq.

“Azərmətbuatyayımı” nazirliyin regional idarələrinə satdığı 115 000 ədəd qəzet üçün 115 000 manat alacaq. Rəqəmlərdən də göründüyü kimi 1 ədəd qəzetin qiyməti 1 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, “Azərbaycan Müəllimi” qəzeti həftədə bir dəfə – 5-ci günlər çap olunur. Qəzetin 3 may 2024-cü il tarixli sonuncu sayında göstərilir ki, qəzetin tirajı 513, sifariş isə 1 003 ədəd olub. 8 səhifədən ibarət qəzetin satış qiyməti isə qeyd olunmayıb.
Qeyd edək ki, hazırda ölkədə satılan qəzetlərin əksəriyyəti 16 səhifə ilə çap olunur və qiyməti 60 qəpik təşkil edir.
“Dövlət Satınalmaları Haqqında “Qanunun 19-cu maddəsində göstərilir ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. 16 səhifəlik qəzetlərin pərakəndə satış qiyməti 60 qəpik olduğu halda, 8 səhifəlik qəzetin 1 ədədinin 1 manata satılması Qanunun qeyd olunan tələbinə uyğun gəlmir.
Onu da bildirək ki, Elm və Təhsil Nazirliyinin 2 tenderində qalib olan “Azərmətbuatyayımı” ASC-nin nizamnamə kapitalı 345 min 304 manat təşkil edir. ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”da yerləşir.
Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 1 mart 2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı Fi̇krət Əmi̇rov küçəsi, ev 1 hüquqi ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan “Atom Qida” MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-də yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduqlarını elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.(yeniavaz)
Elnur Əli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam