Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

COP29-a hazırlaşan Muxtar Babayev niyə Vəndam meşələrindəki qırıntıları yoxlamır? -DE-FAKTO

     COP29-a hazırlaşan Muxtar Babayev niyə Vəndam meşələrindəki qırıntıları yoxlamır?
Qəbələ rayonun Vəndam meşələrində baş verən qanunsuz ağac qırılmaları barədə yaydığımız xəbərə Meşələrin İnkişafı Xidmətinin əvəzinə Qəbələ Rayon İcra Hakimiyyəti münasibət bildirib.
Yenixeber.org: Sosial şəbəkə hesablarımızda paylaşımların altına yazılan rəylərin biri Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə aiddir. İcra hakimiyyəti adından yazılan şərhdə bildirilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinə təqdim olunmuş məlumata əsasən bildiririk ki, Mərkəz barəsində yazılanlar qərəzli, şər-böhtan xarakterlidir”.
İcra hakimiyyətinin səlahiyyəti olmayan sahəyə aid məsələyə münasibət bildirməsi qaranlıq mətləblərdən xəbər verir. Görünür, Qəbələ meşələrindəki qanunsuz ağac qırıntılarının təşkil olunmasında ekologiya işçiləri ilə bərabər icra hakimiyyətinin məsul şəxsləri də iştirak edib. Əks təqdirdə meşələrin kütləvi məhv olunması ilə bağlı foto və video faktlar ortada olduğu halda xəbərə Qəbələ rayon icra hakimiyyəti məsuliyyətsiz şəkildə münasibət bildirməzdi…
Qeyd edək ki, Vəndam meşələrindəki kütləvi qırıntıların foto və videoların bir qismini ictimailəşdirmişik.
Xəbərdə deyilirdi ki, Vəndam meşəbəyliyinin sahə rəisi Kənan Fətullayev və regional idarənin direktoru Əkrəm Babayevlə əlbir olaraq meşələrə qənim kəsiliblər:
Orman restoranının qarşısında qırma sahəsində təxminən 40-45 ağac əvəzinə 60-dan artıq ağac kəsilib, xəstə çürük ağaclar sağlam ağaclarla yerdəyişmə edilərək məhv edilib.
Həmçinin, meşə gözətçisi Ramin Əsgərovun ərazisindəki qırma sahəsində xeyli sayda ağac yerdəyişmə olunub, təxminən 450 ağac əvəzinə minlərlə ağac kəsilib. Əksəriyyəti sağlam palıd və fısdıq ağaclarıdır. Etibarlı Qəndilin ərazisində qırma sahəsi olmasa da, sağlam palıd ağaclarına nömrələr yazılıb kəsilib, kökdən cıxarılaraq daşıyıblar:
“Soruşduqda deyirlər ki külək yıxıb. Həmin ərazi Nohurgölün yaxınlığı Güllüburun deyilən yerin dağ hissəsidir. Rahim Əhmədovun gözətcilik etdiyi ərazidə 2 suqarışan ərazidə qırma sahəsi olmadığı halda xeyli ağac kəsilib. Amma heç bir tədbir görülməyib. Nemət adlı gözətçinin ərazisindəki qırma sahəsində çürük ağaclar əvəzinə yerdəyişmə edərək sağlam ağaclar qırılıb. Yoxlamalar gəlir, amma heç biri həmin ərazilərə getmir, kabinetdə öz işlərini görürlər. Kənan Fətullayev əvvəllər dəfələrlə qırıntıya görə cərimələr verir, özü ağackəsmə və satışı ilə məşğuldur. Ona qarşı heç bir tədbir görülmür”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meşələrin İnkişafı Xidməti Vəndam meşələrindəki qanunsuz qırıntılara hələ də münasibət bildirməyib. Ümid edirdik ki, bu il Azərbaycanın ev sahibliyi edəcəyi 29-cu “Tərəflərin Konfransı (COP)” ərəfəsində nazir Muxtar Babayev meşələrin qırılmasına laqeyd yanaşmayacaq və meşələr hesabına merkantil maraqlarını təmin edən işçilərini cəzalandıracaq. Həmçinin, Meşələrin İnkişafı Xidmətinə yeni rəis təyin olunan Ramik Əşrəfov bu barədə ciddi tədbirlər görüb, Vəndam meşələrindəki qırıntıların yoxlanılmasına göstəriş verəcək. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı, Qəbələ meşələrini məhv edən dəstə iş başında qalmaqda davam edir…(Aztoday.az)
Orxan Məmmədli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam