Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kargo sahəsindəki qanunsuzluğa niyə göz yumulur? -TƏFƏRRÜAT

"Uzun müddətdir ki, bir çox kargo şirkəti lisenziyasız fəaliyyət göstərir. Bu da rəqabət qaydalarını pozur. Rəsmi qurumlara müraciət edirik ki, ya lisenziya qaydasını ləğv edin, ya da lisenziyasız yerləri bağlayın".
Yenixeber.org: Bu barədə "Starex” şirkətinin biznesin inkişafı üzrə direktoru Pərviz Əzimov deyibib. 
Pərviz Əzimovun toxunduğu məsələ barədə bir müddət əvvəl Qaynarinfo-da araşdırma yazısı dərc edilib. Həmin yazıda lisenziyasız fəaliyyət göstərən konkret şirkətlərin adı açıqlanıb. Maraqlıdır ki, dövlət qurumları da həmin şirkətlərin lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib. 
Pərviz Əzimov deyib ki, müvafiq dövlət qurumları ilə təmaslarda onlara da eyni məzmunlu cavablar verilib. Yəni, bəzi şirkətlərin lisenziyasız fəaliyyət göstərməsi etiraf edilib. Lakin bunun qarşılığında heç bir tədbir görülməyib. "Beş ay öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bizə bir məktub göndərdi ki, filan-filan şirkətlərə məxsusu 50-yə yaxın təhvil məntəqəsinin lisenziyası yoxdur. Özləri etiraf edirlər ki, belə hallar mövcuddur və bu qanunsuzluqdur. Amma müvafiq tədbirlər görülməsinə gəlincə, deyirlər ki, bizim işimiz sadəcə rəy verməkdir. Qalanını gedin özünüz İqtisadiyyat Nazirliyi ilə həll edin", deyə direktor bildirib.
 
 
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin müvafiq qurumları ilə də əlaqə saxlanılıb: 
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dedi ki, bizlik deyil, Dövlət Vergi Xidmətinə müraciət edin. Vergi dedi bəli, düz deyirsiniz, qanunsuzdur. Hələ aylar əvvəl dedilər ki, işi göndəririk Xətai rayon məhkəməsinə. Xeyli gözlədik, axırda zəng elədik məhkəməyə ki, nə yerdədir iş? Dedilər sizə yalan deyiblər, bizdə belə bir iş yoxdur".
Məsələ ilə bağlı Baş Prokuroluğa da müraciət edilib. Oradan bildirilib ki, bu işdə cinayət tərkibi var:
"Dəvət etdilər, getdik, yazılı məktubumuzu şifahi də izah elədik. Dedilər düz deyirsiniz. Bu yerlər qanunsuzdur və dövriyənin 50 000 AZN-dən yuxarı olduğunu nəzərə alsaq, bu cür fəaliyyət cinayət məsuliyyəti yaradır. Deyirlər, amma heç bir tədbir görülmür. Dövlətin ən ali orqanları qalıb 3-4 şirkətin əlində".(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam