2000 nəfərdən artıq narkomana vermək üçün lap aşağı dozada narkotiki Elgiz Şirinov haradan alır..?
Yenixeber.org: Bu bir ayda neçə yüz kiloqram narkotik edir...
Müdriklərin dediyinə görə, yüz ağıllı çalışır bir dəlinin eyibini aça bilmir, axırda dəli öz eyibini bilmədən açır...
Müdriklərin bu misalı nədən yada düşdü...
Sözün düzü, keçən dəfə Elgiz Şirinovun biabırçı, rəzalət dolu VİDEO-MATERİALINA baxanda bir həssas məqam diqqətimizdən yayınmışdı.
Diqqətli oxucularımız söhbətin Elgiz Şirinovun təsisçi və direktor olduğu, 5 ildən artıqdır ki, gizli və qanunsuz fəaliyyət göstərən, 18 fililalı olan "Həyat üçün şans" Reablitasiya Mərkəzində çəkilmiş və sosial şəbəkələrdə yayılmış VİDEO-MATERİALDAN getdiyini hiss etdilər.
Video-materialın bir yerində Elgiz Şirinov narkoman pasiyent qadına deyir:
BURA GƏLƏN YA SAĞALIR, YA DA SAĞILIR...
Fikir verdinizmi, Elgiz Şirinov öz mahiyyətini, xislətini, cinayətkar əməlini açıb ortaya qoyur.
Bəli, Elgiz Şirinov kimilərinin məqsədi ağır xəstə olan insanları müalicə etmək, onları yenidən həyata qaytarmaq deyil. Elgiz Şirinov və onun ətraflndakı cinayətkar şəbəkənin yeganə amalı milyonlar qazanmaq, loru dildə desək insanları SAĞMAQDIR...
Bu tərbiyəsiz Elgiz Şirinova başa salan yoxdur ki, kiminsə ailə üzvləri, atası, yaxud anası, qardaşı, bacısı sizin torunuza düşüb, öz xəstəsini sizə etibar edibsə...sizin nə ixtiyarınız var ki, onların barəsində SAĞMAQ sözünü işlədirsiniz.
Sənin ailə üzvlərini, doğmalarını inək kimi sağsalar, sənə necə təsir edər..?
Biz də narkotikin, narkomaniyanın qəti əleyhinəyik, ancaq onların da bir insan olaraq hüquqları var. Məgər narkomanın namusu, şərəfi yoxdur ki, sən onun üzünə SAĞMAQ sözü işlədirsın...
Yeri gəlmişkən, kimin diqqətindən yayınıbsa, yenidən həmin videoya baxıb, açıq şəkildə deyilən SAĞMAQ sözünü eşidə bilər...
Hələ bu harasıdır ?
Elgiz Şirinovdan soruşan yoxdur ki, sən xanım pasiyentin sumkasını zorla, qanunsuz olaraq axtararkən, ( qadın qəti etiraz edirdi ) oradakı xeyli miqdarda bahalı geroini və digər narkotik vasitələri görmədin..?
Elgiz Şirinov, sən polissən, prokurorsan, müstəntiqsən, kimsən, nəçisən ki, vətəndaşın şəxsi əşyalaraına baxış keçirirsən...?
Yaxşı, həmin qadının sumkasından çıxan xeyli miqdarda geroini nə etdin, kimə təhvil verdin..?
Əslində həmin video-materialda iştirak edənlər, başda Elgiz Şirinov olmaqla cinayətkar şəbəkədir.
Elgiz Şirinov guya aşağı doza ilə narkotik asılılığı olan xəstələri müalicə etdiyini bildirir. Görəsən, 2000 nəfərdən artıq narkomana lap aşağı dozada narkotiki Elgiz Şirinov haradan alır..?
Bu bir gündə bir neçə kiloqram, ayda 100 kiloqramlar edir...
Kimlər bu narkotiki Elgiz Şirinova ötürür..?
Biz hələ VİDEO-da sumkadan çıxan saxta 5 manatlıq əskinasdan və başqa məqamlardan danışmırıq.
Yəni hüquq-mühafizə orqanları Elgiz Şirinovun məsələsinə sıradan bir cinayət əməli kimi baxmamalıdırlar.
Ona görə də biz bir media olaraq Daxili İşlər Nazirimiz, çox hörmətli, general-polkovnik cənab Vilayət Eyvazovdan, Baş Prokurorumuz çox hörmətli, cənab Kamran Əliyevdən xahiş edirik ki, bu video-materiala baxmağa vaxt ayırsınlar.
Cənablar ! Bu bizim cəmiyyətimiz, dövlətimiz üçün çox vacibdir.
Biz bütün təhdidlərə, risklərə, təhlükəyə baxmayaraq bu məsələdə geri çəkilən deyilik. Bunu bizim vətəndaş mövqeyimiz və dövlət marağımız tələb edir.
P.S. Bu cinayət əməllərinin üstünü örtənlər Elgiz Şirinovlarla şərik olduqlarını sübut edirlər.(Gundelik-bakı.com)