Narkomanların valideynləri Elgiz Şirinovun yaşadığı  binanın önünə toplaşaraq, pullarını geri istəyirlər... 
Elgiz Şirinov N.Hikmət küçəsindəki mənzilindən bir həftədir qaçıb gizlənir...  

Yenixeber.org: Biz bir media olaraq xeyli müddətdir ki, “Həyat üçün şans” Reablitasiya Mərkəzinin təsisçisi və direktoru Elgiz Şirinov və onun cinayətkar şəbəkəsinin əməllərindən yazırıq, araşdrıma aparırıq, müvafiq dövlət qurumlarına müraciət edirik, obrazlı desək HƏYƏCAN  TƏBİLİ çalırıq, amma bəziləri elə bil FİL QULAĞINDA, daha doğrusu, PUL  QULAĞINDA yatıblar. Bəli, təəccüblənməyin məhz PUL QULAĞINDA... Necə olur ki, adı vətəndaş daşı daş üstə qoyan kimi, sahə müvəkkili, polis rəisi  və kimlər tökülüşüb gəlir... Amma Elgiz Şirinov narkomanları başına yığaraq gizli fəaliyyət göstərdiyi Reabilitasiya Mərkəzini, üstəlik 18 filialı 5 ildir ki, qanunsuz olaraq işlədir, bir gəlib maraqlanan da yoxdur ki, 18 filialı olan şəbəkədə hansı cinayət əməlləri baş verir, hansı pasport, viza rejimi pozulur..? 
Yaxud  AQTA ( QİDA ) agentliyi balaca bir dükanda satılan ərzaq və qida məhsulları ilə bağlı  reyd keçirir, qadağalar qoyur... Görəsən, QİDA niyə bircə dəfə də olsun yolunu Elgiz Şirinovun "Həyat üçün şans"  adlandırdığı, gizli fəaliyyət göstərən Reablitasiya Mərkəzindən salmayıb..? Burada gecə-gündüz, 1000-dən artıq pasiyentlərə qida verilir, cürbəcür  dərmanlar  verilir...Niyə Səhiyyə Nazirliyi, TƏBİB bircə dəfə maraqlanmayıb... Yaxud Vergi Dövlət Xidməti... Dəfələrlə yazmışıq ki, Elgiz Şirinov və arvadı minlərlə narkomandan hər ay 2500 manat pul alır, valideynlərə qəbz vermirlər... Niyə Vergi dövlət Xidməti yoxlama aparıb ortaya qoymur ki, Elıgiz Şirinovun, ümumiyyətlə, bank  hesabı yoxdur, bütün pulları NAĞD alır və vergidən külli miqdarda yayınır. Təsəvvür edirsiniz, biz bir müüdət əvvəl yazmışdıq ki, küçədə 5-6 dəstə kəklikotu satan qocadan, yaxud  bir çəkməçi  köşkündən LİSENZİYA tələb edən Vergi əməkdaşları niyə bircə dəfə Elgizin Reablitasiya Mərkəzindən lisenziya tələb etmirlər... Yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlriyi. Əvvəlki yazılarımızda qeyd etdmişdik ki, bütün dünyada  Reabıitasiya Mərkəzləri Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bəs niyə bu nazirlik bircə dəfə maraqlanmayıb...? Yaxud  DİN niyə Reablitasiya Mərkəzində və onun 18 filialında pasport rejimini yoxlamır..? Bəlkə orada İran, Suriya vətəndaşları var... Bu suallara cavab verə bilərik. Çünki ortada FİL QULAĞI, üzr istəyirik PULUN QULAĞI var, kimlərsə PULUN QULAĞINDA yatıb və elə bilir ki, bundan xəbərimiz yoxdur..? 
Bütün  aidiyyəti qurumlara xəbərdarlıq edirik ki, Elgiz Şirinovla əlaqəni kəsin, ondan hər ay aldığınız  pulları dayandırın... Bu pullar narkomanların valideynlərinin Elgizə və onun arvadına verdiyi pullardır. Bu pul deyil, irin-qandır, bunu ailənizə yedirməyin...Bunu Alah da götürməz.... Onu da qeyd edək ki, bu BƏLA-dan heç kim sığortalanmayıb,  bu BƏLA hər birimizin qapısını döyə bilər. Ona görə də bu BƏLAYA qarşı gəlin elliklə mübarizə aparaq. 
Məlumat üçün onu da qeyd edək ki, bir neçə gündür ki, Reablitasiya Mərkəzində olan narkoman pasiyentlərin valideynləri Elgiz Şirinovun Yasamal rayonu, Nazim Hikmət kiçəsində yaşadığı binanın qarşısında toplaşaraq Elgizə verdikləri pulları geri tələb edirlər. Məhz buna görə də, Elgiz Şirinov tələm-tələsik  saxta, əvvəlcədən öyrədilmiş valideynlərin iştirakı ilə ATV-də Zaur Baxşəliyevin dəstəyi ilə verilişdə özünü reklam etməyə başlayıb. Təəssüf ki, ona sual verən olmayıb ki, bəs yaşadığın və hazırda qaçıb gizləndiyin binanın qarşısındakı valideynlər səndən nə tələb edir...? Obyektivlik naminə bu sualı aparıcı Zaur Baxşəliyev verməli idi, amma... Zaur Baxşəliyevi tanıyanlar gözəl bilir ki, o hər şeyini pula dəyişəndir, vaxtilə Telman İsmayılovun əlindən su içib və yəqin ki, indi də Elgizin puluna tamah salıb. 
Yeri gəlmişkən, ATV həmişə reytinqli kanal olub, burada Qarabağ şəhidlərinin, qazilərin, müharibə veteranlarının və onların ailələrinin problemləri işıqlandırılıb. Amma Zaur Baxşəliyev kimi aparıcılar ATV-nin nüfuzuna ağır zərbə vururlar. Min təəssüf. Biz hələ uzun-uzadı Elgiz Şirinovun rüşvət hesabına gizli fəaliyyət göstərən Reablitasiya Mərkəzində pasiyentlərlə vəhşicəsinə davranmağı, onları suda boğmağı, ayaqlarından asmağı və nələri demirik. Biz narkomaniyaya nifrət edirik, amma nakomanın da hüquqları var, onunla mal-qara kimi davranmaq olmaz. Biz hələ məhkəmə qərarı olmadan Elgiz Şirinovun adamları həbs edərək maşına basıb Mərkəzə gətirməsini demirik. Hüquqi dövlətdə bu nə rəzalətdir..? 
Sonda Elgiz Şirinovun dəfələrlə öz yaxın çevrəsində dediyi bir sözü yada salmaq istəyirik: Bircə polis  gəlib Reblitasiya Mərkəzinin qapısını döysə, hər şey üzə çıxacaq, hər şeyin üstü açılacaq, biz onda batarıq... Ona görə də, biz polislə dil tapmalıyıq. Deməli, bir dövlət məmurunun müdaxiləsi yetər ki, bu boyda cinayətakar şəbəkə ifşa olunsun... Və əminik ki, hazırda Elgiz Şirinovun Reablitasiya Mərkəzində bir neçə dövlət qurumunun apardığı yoxlamadan sonra Elgiz Şirinovun həbsi qaçılmaz olacaq. PUL qulağında yatanların qulağına isə deyirik ki, Elgiz Şirinovdan rüşvət alanlar BİQEYRƏT, BİŞƏRƏF, BİNAMUS, ALÇAQDIR. Onun cinayət işlərini ört-basdır edən şəxslər isə ondan da betərdir.(Gundelik-bakı.com)