Biləsuvar Rayon İcra Hakimiyyəti "Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasında cari təmir işlərinin satınalınması" ilə bağlı elan etdiyi tenderdə qalib olan şirkətlə müqavilə imzalayıb.
Yenixeber.org: İcra orqanının qalib “İş İnşaat” MMC ilə 10 min 181 manat 51 qəpiklik müqavilə imzalayıb.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətin hazırda dövlətə böyük miqdarda vergi borcu mövcuddur. Belə ki, “İş İnşaat” MMC-nin hazırki vergi borcu 81 min 107 manat 98 qəpik təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 40 AZN olan “İş İnşaat” MMC -nin qnuni təmilçisi İsgəndər Qocayev Nəsrəddin oğludur.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçı Faiq Qürbətovdur.(32gün.az)