Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev adi bir məmur olması, ancaq  buna baxmayaraq  nazirlər, komitə sədrləri səviyyəsində əmlaka, mülklərə, sərvətə malik olması barədə dəfələrlə yazılıb. 
Yenixeber.org: Dəfələrlə  bu sərvətin mənbəyini göstərmişik. Çünki Rəfael Mehrəliyev kənardan adi məmur kimi görünsə də  onun tabeçiliyindəki qurumların siyahısı GƏL-GƏL deyir. 
Təsəvvür edirsiniz  bu adamın tabeçiliyində  14 qurum var. 
Oxucunu yormamaq üçün  onlardan bəzilərini qeyd edək:
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi  və daha nələr....
Özünüz gördünüzmü, Rəfael  Mehrəliyev  hətta küçədəki sahibsiz itlərdən, pişiklərdən də pul qazanır. 

Yəni uzun-uzadı yazmadan qeyd edək ki, Bakı boyda şəhərin Mənzil Təsərrüfatı İdarəsi  bu adamın əlindədir. 
Bütün bunlar azmış kimi, Rəfael Mehrəliyev Bakının  səkilərini, dalanlarını  neçə illərdir təmir edə-edə gəlir. 
Və ən əsası “Baksovet”in   balansında olan sovet dövründən qalan bütün köhnə idarə və müəssisələrin  yerlərini  ələ keçirib. 
Bakı şəhərinin özündə və ətrafında  sovet dövründən  qalan və işləməyən xeyli sayda  fabrikin, zavodun və sexlərin ərazisini, torpağını, binalarını  Mehrəliyev  kağız üzərində çoxdan özününküləşdirib. 
Rəfael Mehrəliyevin  başqa bir əməlindən bəhs edək. 
Deməli, müxtəlif illərdə iğtişaş törədən və ölkədən qaçan Mahir Cavadova, Rəsul Quliyevə  və başqalarına məxsus mükləri, obyektləri, torpaq sahələrini  Rəfael Mehrəliyev ya pulla alıb, ya da müxtəlif vasitələrlər ələ keçirib. Misal olaraq, Fəhlə prospektindəki  bir çox obyektləri göstərə bilərik. 
Rəfael Mehrəliyev təkcə Bakı ilə kifayətlənməyib, Abşeron rayonunda böyük mülklərə, bağ evlərinə, iri ticarət obyektlərinə  sahiblənib. 
Ümumiyyətlə, Rəfael Mehrəliyevin özünün və  qohum-əqrəbasının adına olan mülklərin, evlərin, obyektlərin  siyahısını saymaqla  qurtaran deyil. 
Amma onu da qeyd edək ki, Rəfael Mehrəliyev özündən böyük  məmurlara yarınmağı da yaxşı bacarır. 
Belə ki, H.Cavid prospektində tikdiyi 4 mərtəbəli binanı Prezidentin sabiq köməkçisi Əli Həsənova hədiyyə edib. 
Bina da nə bina…Az qala  dil olub dillənir…dil olub danışır..
Bir sözlə, Mehrəliyev köhnə və təzə Bakını ala-ala, zəbt edə-edə gedir. Və doymaq bilmir. 
Köhnə dayanacaqları, ( stoyanka), avtoservisləri, hətta köhnə hamamları, JEK binalarının zirzəmisini…ələ keçirib.
 
Bu adam  deyəsən  havalanıb, göylə gedir. Və onun barəsində yazılanlara əlinin dalı ilə cavab verir və deyir ki, o boyda  bloqqer  Mehman Hüseynov  barəmdə  yazdı nə oldu ki, bunlar da yazsa, nə olacaq…
Rəfael Mehrəliyevə Gündəlik-Bakı olaraq  xəbərdarlıq edirik ki, biz sənin barəndə sonadək yazacağıq, inanırıq ki hökümətimiz də sənin barəndə çox ciddi tədbirlər görəcək. 
Ancaq  Rəfael Mehrəliyev barəsində yazdıqlarımızın Bakının meri Eldar Əzizovun müsbət işlərinə dəxli yoxdur. Onun fəaliyyəti  bəyənilir. Ancaq dostlarımızdan xahişimiz budur ki, siz bu məsələyə qarışmayın, kimsə bizdən Mehrəliyevlə bağlı  xahiş etməsin…
İndi isə təkrarçılıq olsa da Mehrəliyevlərin biznes imperiyasının  cüzi bir hissəsini təqdim edirik.
1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr  qabağa 14 sot torpaq sahəsi, hazırda  15 milyona  satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində  Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt
Türkiyədə  Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər…
Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.
Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır.((Gündəlik-Bakı.com)
P.S. Görəsən, hansı kommersant əsgərlikdən qayıdanda anasını ginekoloqa aparıb?