Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Elşən Salahovun BAŞI CƏNCƏLDƏ... -Bayrama qədər...

 Xəzər rayon icra hakimiyyətinin başçısi Elşən Salahovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir.
Yenixeber.org: Bu barədə məlumatı verən hökumətdəki mənbə RİH-lərin birdəfəlik ləğvinin bu il də ertələnəcəyini qeyd etməklə yanaşı, eyni zamanda Bakıda bir neçə başçı ilə bağlı qərarların veriləcəyini də xəbər verib.
Məlumata görə, Prezident İlham Əliyevin bu haqda Novruz bayramından öncə sərəncam imzalayacağı gözlənilir.
Mənbə qeyd edir ki, bayramdan öncə işdən çıxarılacaq icra başçılarından biri Xəzər rayon icra başcısı Elşən Salahovdur.
Qeyd edək ki, işdən çıxarılacaq bəzi icra başçıları haqqında hüquqi ölçü də götürülə bilər. Çünki onların da, yaxın günlərdə rayonlarda həbs olunan icra başçılarından geri qalmayan, çoxsaylı qanunsuzluqlar həyata keçirdiyi haqqında ölkə rəhbərliyində dəqiq bilgilər var. Son vaxtlar prezidentin bu cür məmurlara qarşı barışmaz mövqe sərgilədiyini nəzərə alsaq, hətta bəzi icra başçıları haqqında həbs qərarının gündəmə gəlməsi də istisna olunmur.
Qeyd edək ki, buna misal olaraq, bir neçə ay öncə Xəzər rayonu ərazisində şəhid bulağının sökulməsi sosial şəbəkədə ciddi narazılıq yaratmışdı.
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam